Cəmiyyət

Yerkökü insanın sağlamlığı keşiyində durur

17 Avqust 2017 07:51
0 Şərh     Baxış: 5 112
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yerkökünün dadı ləzzətli olduğu kimi, həm də çox faydalı və xeyirlidir. İnsan uzun illərdir ki, kökü əkməklə məşğul olur. Ondan həm ləzzətli yeməklər hazırlamaq olur və həm də çiy halda yemək də mümkündür.

Bu bitki müalicəvi xarakterə də malikdir. Bunu bilmək lazımdır ki, kök həm xam halda və həm də bişən zaman sağlamlığımızın keşiyində durur.
Bəs bu narıncı rəngdə olan tərəvəz nə edir?
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki,  əgər qaraciyərinizin və bağırsaqlarınızın sağlamlığına böyük əhmiyyət verirsinizsə, çoxlu kök yeyin. Kök mədədə və bağırsaqlarda olan problemləri aradan qaldrmağa qadirdir. Kök sidiyin miqdarını artırar. Kök revmatizm və artrit xəstəliyinə də yaxşı təsir göstərir. Çünki onun tərkibində A vitamini vardır.
Kök eyni zamanda bədən əzələləri üçün faydalı bir maddədir. Onu kiçik yaşlardan çoxlu qəbul etmək əzələləri möhkəm edər. Əgər gecə olan zaman ətrafı yaxşı görmək istəyirsinizsə kökə etimad edin. Çünki kök görmə qabiliyyətini gücləndirər. Dəri üzərində olan ağ ləkələri kök suyu içərək azaltmaq olar.
Əgər hər səhər bir xörək qaşığı kök şərbətini qəbul edərsinizsə, həzm sisteminizə çox böyük yaxşılıq etmiş olarsınız. Həmçinin bu şərbət sizin imunitetinizi qaldıracaq və sizi hər cür xəstəlikdən qoruyacaqdır.
 
Kök şərbətini hazırlanmağın qaydası:
İki və ya üç kökü yaxşı yuyuruq. Qabığını soyuruq. Sonra onu halqa-halqa doğrayırıq. Onu bir şüşə qaba töküb üzərinə şəkər tozu əlavə edirik. Qazın üzərinə qoyuruq və o zaman ki, kök su salmağa başlayır, şərbət hasil olar. Sonra içərisindəkini qatışdırıb şərbət halına salın. Onu bir neçə gün soyuducuda saxlayıb, istifadə edə bilərsiniz.
Kökün tərkibində olan vitaminlər dəri gözəlliyi üçün faydalıdır. Dərinin günəş şüasina qarşı müqavimətini artırar. Əgər dərinizin qızıl rəngli olmasını istəyirsinizsə, kökə etimad edə bilərsiniz.
Günəş şüasi altında qaralmaq istəyən zaman dəri yağlarına ehtiyacınız olar. Bunu köklə də edə bilərsiniz. İki dənə kökün qabığını soyun və onu halqa-halqa doğrayın. Onu bir şüşə qaba qoyun və üzərinə zeytun yağı tökün. Bu yağı 3 həftə günəş altında saxlayın. Ya da içərisində su olan bir qabı qazın üzərinə qoyun və həmin şüşə qabı bu suyun işərisinə qoyun və iki saat qazın üzərində saxlayın. Bu yağdan istifadə edərək, günəş şüasını qəbul edə bilərsiniz.
Əgər dərinizin xoş rəng olmasını istəyirsinizsə, kökdən maska hazırlayın. Bunun üçün bir kökü yuyun və qabığını soyun. Onu mikserin (qarışdırma alətinin) içərisinə bir yumurta ilə bir yerdə tökün. Bu maskanı üzünüzə yaxın və 15 dəqiqə saxlayandan sonra yuyun.
Kök qaraciyəri və böyrəkləri təmizləmək üçün ən sərfəli bitkidir. Bunun üçün bir xörək qaşığı balın üzərinə iki damcı kök suyu tökün və onu qarışdırıb için. Gün ərzində bu işi üç dəfə görün. Kök suyu hepatit və vərəm xəstələri üçün də faydalıdır. Kök suyu qan təzyiqini artırar və qanda olan xolesterinin səviyyəsini qaldırar. Ona görə də kök suyunu içməzdən əvvəl həkimlə məsləhətləşin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.