Cəmiyyət

Yevlaxda pivə maşını gənc oğlanı vurub

12 Avqust 2017 23:47
0 Şərh     Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlax rayonunda yolu keçmək istəyən şəxsi maşın vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Hacıselli kəndi ərazisində qeydə alınıb.
Belə ki, Varvara-Hacıselli avtomobil yolu ilə hərəkətdə olan "Ford" markalı pivə daşıyan yük maşını yolu keçmək istəyən kənd sakini 1990-cı il təvəllüdlü Elgiz Eldarovu vuraraq ağır xəsarət yetirib. Yaralı dərhal məsafə nəzərə alınaraq Mingəçevir xəstəxanasına çatdırılıb. Hazırda reanimasiya şöbəsində müayinə və müalicə alan yaralının durumu ağır olaraq qiymətləndirilir.
Baş vermiş hadisə ilə bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.