Cəmiyyət

Regional İnkişaf İctimai Birliyi Tovuz rayonunda ödənişsiz tibbi müayinələr təşkil edib - FOTO

24 İyul 2017 19:32
Baxış: 1 135
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Səhiyyə Nazirliyi və Mərkəzi Neftçilər Xəstəxanasının təşkilatçılığı ilə Gəncə-Qazax regionu üzrə-Şəmkir, Ağstafa, Qazax, Gədəbəy, Tovuz rayonlarının sakinlərinin Tovuz rayonu Diaqnostika və Hemodializ Mərkəzində ödənişsiz tibbi müayinələri təşkil edilib.

Milli.Az bildirir ki, Regional İnkişaf İctimai Birliyindən Trend-ə verilən məlumata görə, iyulun 21-dən 23-dək davam edən müayinələrə Mərkəzi Neftçilər Xəstəxanasının yüksək ixtisaslı mütəxəssisləri cəlb olunub.

Tibbi aksiya ucqar və sərhədyanı kəndlərin sakinləri də daxil olmaqla ümumilikdə 1288 nəfəri əhatə edib, ehtiyac yarandığı halda laborator yoxlamalar aparılıb, müalicələr təyin olunub.

Müayinələr kardioloji, urololoji xəstəliklər, ümumi terapiya, ümumi cərrahiyə, oftalmologiya sahələrini əhatə edib.

Xatırladaq ki, Regional İnkişaf İctimai Birliyi Səhiyyə Nazirliyi ilə birlikdə regionlarda mütəmadi olaraq müxtəlif sahələr üzrə ödənişsiz tibbi aksiyalar keçirir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.