Cəmiyyət

Tullantı təkərlərini sənət əsərinə çevrir - VİDEO

22 İyul 2017 20:56
2 Şərh     Baxış: 1 311
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əslən Laçın rayonundan olan və avtomobil şüşələrinin təmiri ilə məşğul olan Fərhad Heydərov təkər tullantılarından hazırladığı əşyalarla görənləri heyrətdə qoyur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, tullantı olaraq zibilə atılan avtomobil şinləri onun əlində sənət əsərinə çevrilir.
Fərhad ustanın şinlərdən hazırladığı əşyaların yanından ötüb keçənlər bu maraqlı sənət əsərlərini heyrətlə izləyirlər.
Onun təkərdən əşyalar hazırlamaq qərarına necə gəlməsi isə ən azı bu sənət əsərləri qədər maraqlıdır.
Fərhad Heydərov təkərdən hazırladığı bir çox əşyaları maraqlanan adamlara satıb. Əşyaları hazırlamaq isə ona bir neçə günə başa gəlir. Ən çox vaxt aparan isə təkərdən hazırlanan divandır.
Fərhad Heydərov ona dəstək olarsa, tullantı təkərlərdən çoxlu sayda maraqlı əşyalar düzəldərək onları faydalı bir məhsula çevirə biləcəyini deyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Tullantı təkərlərini sənət əsərinə çevrir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.