Serotonin nədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Depressiya dərmanlarından və antidepressantlardan söz düşdükdə ilk növbədə ağıla gələn şey serotonin hormonu olur. Yəni serotoninin çatışmazlığı səbəbindən meydana çıxan xəstəlikləri müalicə etmək üçün antidepressantlara ehtiyac olur.
Serotonin nədir?
Milli.Az immunitet.az-a istinadən bildirir ki, serotonin bir neyrostimulyatordur. Yəni serotonin sinir hüceyrələri arasında elektrik siqnallarının daşıyıcısıdır. Serotoninin vəzifəsi bir sinir hüceyrəsindən aldığı siqnalı digər sinir hüceyrəsinə ötürməkdən və beyni çalışdırmaqdan ibarətdir.
Serotonin insanın beynində əmələ gəlir və orqanizmin müxtəlif nöqtələrinə ötürülür. Adətən mərkəzi sinir sistemində və mədə bağırsaq yollarında tapılır. Mərkəzi sinir sistemində olan serotonin insanın ruh halını, yuxusunu, iştahını, biliyini, yaddaşını, cinsi və sosial həyatını tənzimləyir. Mədə bağırsaq yolunda olan serotonin isə həzm prosesini normallaşdırır.
Antidepressant dərmanların demək olar ki, hamısının tərkibində serotonin olur. Bu dərmanlar setotoninin toxumalar tərəfindən təkrar sorulmasının qabağını alaraq, serotoninin miqdarını artırırlar.
Mütəxəssislər serotoninin səviyyəsindəki çatışmazlıqların insanın ruhi vəziyyətinə təsir edərək depressiyaya səbəb olduğunu söyləyirlər. Serotonin çatışmazlığı 3 səbəbdən baş verə bilir:
1. Beyin hüceyrələrində serotoninin az əmələ gəlməsi.
2. Reseptorların az olması.
3. Serotoninin əmələ gəlməsində iştirak edən triptofan maddəsinin çatışmazlığı.
İnsanda bu 3 biokimyəvi proseslərdən birinin pozulması olduqda həddindən artıq əsəbilik, depressiya, panika müşahidə edilir.
Depressiyanın əmələ gəlməsində serotoninin rolunun olduğu qeyd edilsə də, beyində olan serotoninin miqdarını ölçmək mümkün olmur. Amma qanda olan serotoninin miqdarını ölçmək mümkündür. Depressiyanın serotonin çatışmazlığı səbəbindən baş verməsini belə xəstələrin qanında serotoninin digər adamlarınkından çox aşağı olmasına əsaslanaraq söylənilir.
Serotonin hormonu yuxunun da normal olmasında böyük rol oynayır. Sertoninin yüksək olması insanda oyanıqlıq, aşağı olması isə yuxunun pozulmasına səbəb olur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xalq artistinin oğluna yüksək vəzifə verildi
-
Zorakılığa məruz qaldığı deyilən şagird və valideynləri danışdı - VİDEO
-
Bakının mərkəzində məşhur bina sökülür? – Park salına bilər
-
Azovda həlak olan və yaralanan azərbaycanlıların sayı dəqiqləşdirilib - rəsmi
-
Kardioloqdan vacib xəbərdarlıq: Bu meyvə ürəyi qoruyur
-
Bu ərazilərə güclü yağış yağır
XƏBƏR LENTİ
-
Əgər yemək tavaya yapışırsa, BUNU EDİN
-
Hansı şəxslərə kolbasa-sosis OLMAZ?
-
İnsanlar 150 ilə qədər yaşaya biləcəklər
-
Xalq artistinin oğluna yüksək vəzifə verildi
-
Sergey Lavrov istefa verib? - Rəsmi açıqlama
-
Azərbaycanda klub 1 milyon manata satışa çıxarıldı
-
Taksidə anidən Bülent Ersoy peyda olarsa... - VİDEO
-
İlə 510 milyon qazandı - Rekord
-
Valideynlərin ən çox işlətdiyi və uşaqda travma yaradan 5 cümlə
-
Dua Lipanın 3 gün davam edəcək toyundan ilk FOTOlar
-
Sobadakı inadkar yağlara son
-
Lənkəranda ağır qəza - sürücü öldü FOTO
-
Aktrisanın vəzifəli nişanlısı həbs olundu
-
Faciədən döndü - Nəfəs kəsən xilasetmə əməliyyatı - VİDEO
-
Günün qoroskopu: Bu gün sizin üçün çox asan olacaq
-
Akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb - FOTO
-
Ölümündən 24 gün sonra atası da vəfat etdi
-
Akrobatika və aerobika gimnastikası üzrə Dünya kubokunun ikinci günü - FOTO
-
“Həyatın işini bilmək olmaz, bəlkə gələn zənginə kimi çatmadım”
-
Zorakılığa məruz qaldığı deyilən şagird və valideynləri danışdı - VİDEO
-
Bitkoin ucuzlaşıb
-
“Hürrem” və “Süleyman” 15 il sonra bir arada - FOTO
-
Millimiz dünya çempionatının yarımfinalında
-
Azovda həlak olan kapitanın həyat yoldaşı: hər kəsi xilas etsə də... - FOTO





