Cəmiyyət

Evdə nanə yağını necə hazırlamaq olar

18 İyul 2017 21:45
0 Şərh     Baxış: 4 367
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ləvazimatlar

350 q təzə nanə
200 ml badam yağı və ya zeytun yağı
Ən az 250 ml tünd rəngli şüşə qab.

Hazırlanması
Nanəni soyuq suyla, tək-tək yarpaqlarını yumalısınız. Bunu birbaşa dərinizə tətbiq edəcəksiniz unutmayın, o səbəbdən yaxşıca təmizlənmiş olmalıdır.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, nanə yarpaqlarını əzməlisiniz. Bunun üçün qaşıqdan istifadə edin. Bir qab götürün və içini 200 ml yağ ilə doldurun. Qabı az dərəcədə qazın üzərinə yerləşdirin. Sonra əzdiyiniz nanəni əlavə edib qarışdırın və qarışığı aşağı dərəcədə distillə etməyə başlayın. Bu prosesi yarım saatdan az vaxt ərzində davam etdirin. Yarım saat keçdikdən sonra, qazı söndürün və bir müddət saxlayın.

Daha sonra yarpaqlar içəri girmədən nanə yağını bankanın içinə incə bir süzgəc köməyi ilə qoyun. Bankanı günəş şüalarının düşmədiyi sərin yerdə saxlayın. Yağın hazır olması üçün 10 gün gözləməlisiniz. Həmçinin, bankanın içindəkilərinin qarışmasından tam əmin olmaq üçün hər 12 saatda bir bankanı çevirməyi unutmayın.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.