Cəmiyyət

Heydər Əliyev Mərkəzinin parkında cüdo dərsi və uşaqlar üçün əyləncə təşkil olunub - FOTO

16 İyul 2017 15:41
Baxış: 1 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu həftəsonu Heydər Əliyev Mərkəzinin parkında cüdo üzrə dərs və uşaqlar üçün əyləncə təşkil olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, iyulun 15-də cüdo üzrə dərsi Dünya və Avropa çempionu, "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarının qalibi Elxan Məmmədov aparıb.

8-18 yaş arasında uşaq və yeniyetmələrin qoşulduğu dərs 1 saatdan artıq davam edib.

Axşam saatlarında isə Mərkəzin parkında açıq havada uşaqlar üçün müxtəlif əyləncə təşkil olunub.

"The Entertainer" oyuncaq mağazasının iştirakı ilə təşkil olunan əyləncələrdə park ərazisində oyun zonası yaradılıb, müxtəlif intellektual və idman oyunları təşkil olunub. Uşaqlar, həmçinin köpük şousunda əylənib, eləcə də üzlərini arzularına uyğun şəkillərlə boyatdırıblar, musiqi sədaları altında rəqs ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.