Cəmiyyət

Fitva nə deməkdir?

23 İyul 2017 19:50
0 Şərh     Baxış: 1 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fitva dini və yaxud hüquqi bir məsələdə (məsələyə dair) fikir bildirmək deməkdir. Bunun üçün bir İslam dövlətinə ehtiyac yoxdur. Fitva verənlər (müftilər, axundlar) bir müəllimdirlər. Onlar öz fikirlərini bildirirlər. Onların fikirlərini tutarlı və məntiqli fikir kimi qəbul edənlər bu fikirlərə əsasən əməl edirlər. Qəbul etməyənlər isə başqa bir müftidən soruşub onun verdiyi fitva ilə əməl edirlər.

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, Süleymaniye Vakfı-na hər gün telefon və internet şəbəkəsi vasitəsilə onlarla sual daxil olur. Bu suallara mövzu və məzmunundan asılı olaraq hər biri ayrı-ayrılıqda öz ixtisas sahələrində mütəxəssis olan 8 nəfər elm adamı heyəti tərəfindən cavab verilir.

Bu vakıf (fond) əslində bir tədqiqat mərkəzidir və buraya ehtiyac olduqca elmin müxtəlif sahələrində ixtisaslaşmış  (ilahiyyat elmləri, astronomiya, iqtisad, təbiət elmləri, tarix və sairə) insanlar, eləcə də müxtəlif dinlərin nümayəndələri dəvət edilirlər. Almaniya və Rusiya kimi ölkələrin qabaqcıl universitet və jurnalları ilə də elmi əməkdaşlıq həyata keçirilir. Hazırlanan cavablar 21 il İstanbul müftülüyünün nəzdindəki fitva heyətinə rəhbərlik edən professor Abdulaziz Bayındır tərəfindən nəzərdən keçirilir və müvafiq şəxslərə göndərilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.