Cəmiyyət

Günün qoroskopu: baş ağrısı, ürəkbulanması riski var

15 İyul 2017 00:01
73 Şərh     Baxış: 8 862

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - Günün ilk yarısından etibarən kiçik iş və məişət problemlərini həll edin. Tələskənliyə qapılaraq önəmli məsələlərdən birini unutmayın. Qərarı başqa günə ertələmyin.

Günün ikinci yarısı sənədləşdirmə və müqavilələr üçün əlverişlidir. Müzakirələrdə diqqətli, sayıq olun. İşdə rəhbərliyin sizə yeni tapşırığı olacaq. Baş verənləri dəyişməyə çalışmayın. Vəziyyəti dürüst qiymətləndirin.

Axşam saatlarında həssas davranın.

Buğa - Sizi maraqlandıran məsələnin təfərrüatını öyrənin. Soyuqqanlı şəkildə çalışaraq məqsədə doğru addım-addım yaxınlaşın. Önəmli məsələlərin çözümü zamanı tələsməyin. Razılaşmadığınız məqam, qəbul etmədiyiniz detallarla bağlı fikrinizi açıq bildirin.

Günün ikinci yarısında mühüm işi təxirə salmaq yanlış qərardır. Səhvin nəticələri ağır ola bilər. Peşəkar inkişaf üçün yaranmış şansı dəyərləndirin. İşgüzar mükalimələrdə qarşı tərəfin mövqelərini nəzərə alın. "Gərəkli" insanla görüşməyi unutmayın.

Axşam saatlarında gəzintiyə çıxın.

Əkizlər - Prioritet məqsədləri müəyyənləşdirin. Cari xidməti məsələlər və kiçik məişət problemləri başağrıları yarada bilər. Rutinlik, yeknəsəqlik sizə çox pis təsir edəcək. Xırda məsələlər əhvalınızı korlamamalıdır.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə diqqətli olun. Xırdalıqlara laqeyd münasibət karyeranızla yanaşı, yaxınlarınızla münasibətlərinizə mənfi təsir edə bilər. Önəmli görüşdən əvvəl gərəkli auranı yaratmağa can atın. Axşam saatlarında ünsiyyət məhsuldar olacaq. İrad və təkliflərin sayını artırmayın.

Xərçəng - Yaxın ətrafınızdakı insanlarla münasibətləri gərginləşdirməyin. Günün ilk yarısında hisslərin əsirinə çevrilməyin. Əldən verilmiş imkanlar barəsində düşünmək yerinə irəliləyişə üstünlük verin. Mənasız söhbətlərə qatılmayın.

Günün ikinci yarısında mühüm sənədlərin hazırlanmasını, gərəkli informasiyanın axtarışlarını təxirə salmayın. Dəyər verdiyiniz insanlara ünvanlanmış iradların sayını azaldın. Ultimatum və hədələr yolverilməzdir. İstənilən dialoqda diqqətli tərəfdaş olun.

Axşam saatlarında evdən uzağa yollanmayın.

Şir - Peşəkar maraqlarınızı təmin edə biləcək sərfəli imkanlar yaranacaq. Təklif edilən yeni şərtlərlə razılaşmağa tələsməyin. Situasiyanı diqqətlə araşdırın, təklifi dəyərləndirin.

Yeni layihəyə başlamaq olar.

Günün ikinci yarısında görüşdə maraqlarınızı müdafiə edin. Yaşlı qohumlardan birinin sizinlə aqressiv danışdığı təqdirdə geri çəkilməyin. Romantikaya qapılmayın. Rifahınızı düşünün, maraqlarınızı təmin edin.

Axşam saatlarını sevdiyiniz insana həsr edin.

Qız - Günün ilk yarısından etibarən bütün diqqəti peşəkar fəaliyyətə yönəldin. Gərəkli bacarıq, informasiya və təcrübənin olmadığını hiss etsəniz, daha təcrübəli tərəfdaşdan məsləhət almaqdan çəkinməyin.

Situasiya barədə maksimum informasiyaya yiyələnin.

Günün ikinci yarısında fəaliyyət sahəsini və ya iş yerini dəyişməklə bağlı fikirlər yaranarsa, təşəbbüsün sonuclarını nəzərə alın. Tələsik qərarlar verməyin.

Sayıq davranın.

Tərəzi - İndiyədək üzə çıxmayan mübhəm problemlər aşkarlanacaq. Onları mərhələlərlə həll edin. Ətrafınızdakı vurnuxmaya aldanmayın. Sizi tələsdirən insanlara qulaq asmayın. Hüquqlarınızı sonadək müdafiə edin. Yaşam tonusunun səviyyəsi aşağı düşə bilər.

Günün ikinci yarısında fəaliyyət tempini bir qədər azaldın. Müsbət emosiyalar əldə etməyə can atın. Yeni işə sınanmış, etibarlı insanla başlayın. Əsas məsələ qarşılıqlı etimad və inamdır.

Mənasız şübhələr fəaliyyətinizdə əngəllər yaratmamalıdır.

Əqrəb - Karyera məsələləri xüsusi aktuallıq kəsb edəcək. İşdə rəhbərliklə kəskin mübahisə etməyin. Həmkarlarınızla birgə fəaliyyətin üstün cəhətlərindən yararlanın. Peşəkarlarla işləyin.

Günün ikinci yarısında ləyaqətsiz insanlardan uzaq durun. Motivasiyaya ehtiyac yoxdur. Təkbaşına da işləyə bilərsiniz.

Yaxınlarınızdan birinin sizə praktik yardım təklifi olarsa, müsbət dəyərləndirin. Heç bir halda başqasını hansısa əməldə zorla müdafiə etməyin.

Oxatan - Mübahisəli məsələləri günün ilk yarısında həll etmək olar. Ümumi razılığı əldə etməmiş yeni layihəyə başlamayın. İfrat dərəcədə informasiya əldə etməyə çalışmayın. Eyni zamanda bir neçə genişmiqyaslı layihəyə qatılmağın pis fəsadları olacaq.

Günün ikinci yarısında ifrat yorğunluq yarada biləcək nüanslara qapılmayın. Emosional təmaslar usandırıcı ola bilər.

Ailə üzvlərinin qayğısına qalın.

Oğlaq - İnformasiya, rəqəmlər, faktlar və mətnlərlə diqqətlə çalışın. Mümkün qədər diqqətli davranın, işlə bağlı məsələlərdə sayıqlığı əldən verməyin. Hər şeyi eyni vaxtda görməyə çalışmayın. Tələsmədən, vurnuxmadan irəliləyin.

Günün ikinci yarısında düşünülməmiş qərarlar sizin ən pis düşməniniz olacaq. Maraqlandığınız sahədə aramla addımlayın. Rəhbərlikdən yeni tapşırıqlar alsanız, həmin işi dərhal görməyə can atmayın. Sizdən konkret olaraq nələr istəndiyini araşdırın, gözləntiləri təhlil edin.

Dolça - Mövqelərinizi möhkəmləndirin, stabilliyə can atın. Danışıqlar aparın, informasiya arayın, mütəxəssislərlə məsləhətləşin. İntellektual və fiziki yük az olmayacaq. Zəruri təhlildən sonra ideyalar, hesablamalar, təkliflər və vədlər başqa forma ala bilər.

Günün ikinci yarısında tələsməyin, sənəd imzalamayın. Planlarınızı kimsə ilə bölüşməyin. Səhhətinizdə problem yarana bilər. Mədə ağrıları istisna deyil. Baş ağrısı, ürəkbulanması riski var.

Hadisələrə süni təkan verməyin. Müdaxilələr yolverilməzdir.

Balıqlar - İşgüzar münasibətlərinizi sürətlə inkişaf etdirin. Tərəfdaşlarla əməkdaşlığınızın səviyyəsi sizdən asılıdır. Kommunikativ imkanlarınızı intensivləşdirsəniz, daha sürətlə irəliləyə bilərsiniz.

Günün ikinci yarısında işgüzar ünsiyyət stilini qeyri-formal təmaslarla sıralayın. Belədə qarşı tərəflə bağlı daha çox məlumat əldə edə bilərsiniz. Axşam saatlarında zəruri ev işlərini yerinə yetirin. Dostların yardımlarından imtina etməyin. Əhvalınızı pisləşdirə biləcək məkandan və insanlardan uzaq durun.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

73 Şərh:

  • Anonim
    Əli proqnoz.№ · 15 İyul 00:01171

    ✌.✌ Gününüz xoş ✌.✌Bol uğurlu ✌.✌Sevincli ✌.Şansli✌.✌Saliğli keçsin ★☆★ Amin.İnsallah.★☆★

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 15 İyul 00:0580

      Tebrikler qardasim , ikimizde herrr zaman 1-ci olaq Amin !!

      Cavab yaz
      • Anonim
        Əli proqnoz.№ · 15 İyul 17:4900

        AMin baci caan.

        Cavab yaz
    • Anonim
      Oxucu Əli proqnoza · 15 İyul 01:1010

      Yox Əli qardaş bu günün qoroskopu bütün bürclər üçün milli.az- da baş sərlövhədəki kimi olacaq. Səhər zapravkaya girən hamını ürəkbulanması, baş ağrısı tutacaq. Bol uğur , şans , sevinc bir iki gün ( bəlkə də daha çox) təxirə düşdü.

      Cavab yaz
      • Anonim
        Əli proqnoz.№ · 15 İyul 17:4900

        ^_^

        Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 15 İyul 00:0191

    ESRA

    Cavab yaz
    • Anonim
      Esraya (Şumaxerə) · 15 İyul 00:5460

      Bax dəəə! Bircə gün olmasın aləm qarışdı. Biri özünü metroda relslərin üstünə atdı, biri suda boğuldu , benzin də 90 qəpik oldu. Sən isə mahnı oxuyursan ki, yüküm şordu , əhvalım zordu.

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli (Samaxi) · 15 İyul 15:4530

        sor gune cixmisam onu yazirdim )))

        Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 15 İyul 00:01160

    Istirahet gunlerim uqurla acilsin Amin.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyul 00:0240

    BÜRCLƏR HAQQINDA--✭.✭.✭~221~✭.✭.✭-ci BÖLÜM---Bürcünüzə görə, qorxu filmində kim olardınız?

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyul 00:0440

    ➽QOÇ--Cesedleri tapmaq üçün eve gelen adam.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 15 İyul 00:0750

      Cesedden de qorxuram axi vay-vay ,

      Cavab yaz
      • Anonim
        Əli proqnoz.№ · 15 İyul 17:4910

        :)))

        Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyul 00:0450

    ➽BUĞA--Qatilin kim olduğunu tapan adam.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyul 00:0560

    ➽ƏKİZLƏR--"Kim var orda" deye soruşan saf adam.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyul 00:0554

    ➽XƏRÇƏNG---Döyüşmeye çalışıb, bacarmayıb ölen adam.

    Cavab yaz
    • Anonim
      Oxucu Əli proqnoza · 15 İyul 10:1210

      Bu nə yaaa!

      Cavab yaz
      • Anonim
        Əli proqnoz.№ · 15 İyul 17:4900

        *_^

        Cavab yaz
  • Anonim
    Afa · 15 İyul 00:0550

    Bes xerceng

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyul 00:0651

    ➽ŞİR--Özünü dostları üçün feda eden adam.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyul 00:0610

    ➽QIZ---Hamını sakitleşdirib, özü deli olan adam.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyul 00:0710

    ➽TƏRƏZİ----Qatilden qaçmaq üçün qapı yerine, ikinci mertebeye çıxan adam.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyul 00:0820

    ➽ƏQRƏB--Qatile gizli-gizli kömek eden adam.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyul 00:0810

    ➽OXATAN---Ancaq tersleyen ve esebi olan adam.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyul 00:0910

    ➽OĞLAQ--Qatili öldüren adam.

    Cavab yaz
    • Anonim
      SEVA TOVUZ · 15 İyul 22:0400

      Like tamamile duzdur...Ayda heleki gergin vaxtim olarsa esebden bogaram elimden ala bilmezler...bu qeder esebde bir sey deyil...en piside gergin vaxta dusende qiz qadin olmagim yadimdan cixir...sanki hemin anda kisilesme prosesi bas verir...o cur guc gelir...

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyul 00:0920

    ➽DOLÇA--Ancaq aglayıb qışqıran adam.

    Cavab yaz
    • Anonim
      dolca · 15 İyul 10:3510

      vay vay vay hec de yox,nadir hallarda aqlayaram.tew.proqnoz.

      Cavab yaz
      • Anonim
        Əli proqnoz.№ · 15 İyul 17:5010

        Deymez xosdur.

        Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyul 00:1010

    ➽BALIQ--İlk ölen adam.

    Cavab yaz
    • Anonim
      SEVA TOVUZ · 15 İyul 22:0500

      Baliq haa :) nc...inanmaram...adi ustunde baliq...surusub cixacaq aradan :D

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyul 00:1110

    ƏM MARAQLI FAKTLAR

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyul 00:1210

    Saat icad edilməmişdən əvvəl müəyyən bir vaxt ərzində yanmaya hazırlanmış şam saatları var idi. Zəng qurmaq lazım olduğu zaman şama iki tərəfdən mıx keçirilir, şam o səviyyəyə qədər yanır və mıxlar bir-birinə dəyərək səs çıxarırdı.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyul 00:1410

    Əgər baharatlı bir şey yedikdən sonra bir çay qaşığı şəkər yesəniz, o sizin hərarətinizi azaldacaq.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyul 00:1510

    Almaniyada bir çox qocalar evinin önüdə yaşlı vətəndaşların qaçıb getməsinin qarşısını almaq üçün saxta dayanacaqlar var.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyul 00:1710

    Dalğıcların üzərindəki su qırmızı və sarı işığı filtrləyərək hər şeyin mavi tonda olmasını təmin edir . Süni bir işıq qaynağıyla dalmaq isə su altının gerçək rənglərini görmənizi təmin edə bilər .

    Cavab yaz
  • Anonim
    Musviq · 15 İyul 00:1750

    Yazacam serxosh varli masini altinda qalib olenlere qeza neticesinde oldu demeklerinden,Yazacam 3 korpe usagin evde qoyub,internetde tanish oldugu oglanla qoshulub qacan gelinlerden.Yazacam ailde dagidan qadinlardan,yazacam pulu var deye kimlerise satin ala bileceyin dusunen insanlardan! Yazmaqla bitmez,bu heyatin cirkinliklerinden !

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyul 00:1810

    Fillər bellərindəki dəri qırışıqlıqlarını ağcaqanadları öldürmək üçün istifadə edirlər.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyul 00:1910

    Bir qaba çoxlu fıstıq yığsanız,bir müddət sonra özü partlayacaqdır.

    Cavab yaz
    • Anonim
      SEVA TOVUZ · 15 İyul 22:0600

      Prob ederem

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyul 00:2010

    Paraqvayda hər iki tərəfdə qeydə alınaraq qan bağışlamaq üçün duel etməkləri sərbəstdir.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyul 00:2010

    Qədim Misirlilər pişikləri öldükləri zaman qaşları dibindən kəliyərək yas saxlayırdılar.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyul 00:2110

    İnsanın burnu və qulaqları ömrü boyu böyüdüyü halda, gözləri heç vaxt böyüməz.

    Cavab yaz
    • Anonim
      SEVA TOVUZ · 15 İyul 22:0700

      Onsuzda gozlerim iri ve basima beladir...kimese cox yox 2saniye baxsam gozlerini menden ceke bilmir...ona gorede aradan tez cixiram....

      Cavab yaz
      • Anonim
        ........ · 16 İyul 00:0300

        Yaxwida)) bir defede yazmiwdin.bu da iki.

        Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyul 00:2210

    Bir qurtum dəniz suyunda milyonlarla bakteriya, yüz minlərlə bitki mənşəli plankton və on minlərlə heyvan planktonları mövcuddur.

    Cavab yaz
  • Anonim
    Gülşen · 15 İyul 01:5710

    sizlerı bılmırem ama men burclere cox ınanıram...Ve demek olar kı ekserıyyetı duz cıxır.

    Cavab yaz
  • Anonim
    Tenha Qız · 15 İyul 06:5500

    havalar sakın istiləşəcək subay oglanlar burda kim varsa tecili evləsin...

    Cavab yaz
  • Anonim
    Tenha Qız · 15 İyul 06:5600

    Mən bir oglana tanış olmaq isteyirem..

    Cavab yaz
  • Anonim
    Tenha Qız · 15 İyul 06:5620

    25 yaşım var

    Cavab yaz
  • Anonim
    Tenha Qız · 15 İyul 06:5710

    Əliyev və Nara siz sevgilisiz burda...

    Cavab yaz
    • Anonim
      ............... · 15 İyul 18:1911

      Axaxaxaxaxa hahahahahahahahhhahahahahihihihihhahahahahhihihii )))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))

      Cavab yaz
      • Anonim
        ☞10-RR-123☜ · 15 İyul 18:4000

        18:19 agılı ol niye gülürsen burds gülməli nəsə var

        Cavab yaz
    • Anonim
      Əliyev · 15 İyul 18:2201

      Həkimsen nəyinə lazımdı

      Cavab yaz
  • Anonim
    Siyezen.G · 15 İyul 08:5110

    Allah bendesi...xanim sabahiniz xeyir olsun.Bagisdayin dunen cvb yaza bilmediyime gore.Coxxx sag olun xanim yaxsiyiq .

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 15 İyul 09:3140

    Esra salam. Necesen canim. Dunen oxudumki gozunden emeliyyat olmusan. Allah wefa versin canim. Hemiwe ayaq uste

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli (Samaxi) · 15 İyul 15:4240

      cox sagol cann Allah komeyun olsun

      Cavab yaz
  • Anonim
    Zergerli.Q · 15 İyul 10:0520

    Salam .Uzunuz gulsuz serhciler uzum guldu

    Cavab yaz
    • Anonim
      Biri · 15 İyul 12:3200

      Zergerli-ye.Siz daglisiz .Xizi,zarat oralisiz

      Cavab yaz
    • Anonim
      Zergerli.Q · 15 İyul 15:1900

      Biri ne...Beli dagliyam ozumde Zergeliyem .Zaratida taniyiram

      Cavab yaz
  • Anonim
    Nara · 15 İyul 10:4910

    Salamlar.meisetle bagli problemleri hell ederik.isle bagli olanlar qalsin mezuniyyetden sonraya.

    Cavab yaz
  • Anonim
    Sevgi · 15 İyul 13:0500

    Esra salam gozunden emeliyat olmusan yaziblar Allah wef versin gozun nurlu olsun gozlerini qoru

    Cavab yaz
    • Anonim
      Nara · 15 İyul 13:2010

      Esra xanim allah komeyiniz olsun.kecmis olsun.insallah yaxsi olar.yuxarida oxudum ku linza emeliyatidir.tezlikle gozunuz oyresecek.tanislarimda eletdiren cox olub.hem birdefelik eynekden qurtuldunuz.

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli (Samaxi) · 15 İyul 15:4220

        duzdu cox sagolun Allah komeyiniz olsunn

        Cavab yaz
  • Anonim
    Sevgi · 15 İyul 13:2700

    Men oten werhlrride oxudum Gozden qacirmiwam Esra can

    Cavab yaz
  • Anonim
    Sevgi · 15 İyul 13:2800

    Gec de olsa baqiwla Allah wefa versin

    Cavab yaz
  • Anonim
    Sevgi · 15 İyul 13:3100

    Eli Nara ve bawqa werhciler sizide urekden salamlayiram

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli (Samaxi) · 15 İyul 15:4320

      cox sagol canim Allah razi olsun

      Cavab yaz
    • Anonim
      Əli proqnoz.№ · 15 İyul 17:5000

      Salam Sevgi necesen?

      Cavab yaz
    • Anonim
      ❤ Nara ❤ · 15 İyul 18:4100

      Cox sag ol canım.Allah kömeyin olsun.

      Cavab yaz
  • Anonim
    Sevgi · 15 İyul 13:3300

    Az hallarda vaxt olur ona gore sizi diqqetle izliye biimirem hemiwe sevincinize werik uqurlariniza sevinen olum !

    Cavab yaz
  • Anonim
    oxuyana · 15 İyul 20:2300

    Seninde isin bir is deyil. Onun bunun yazdigini oxumaq. Kitablarda yazirlar ki, o dunyada sorgu sual olacaq. Senden de sorusacaqlar ki, maddi dunyada ne is gorurdun, deyeceksen ki, onun bunun serhini oxuyurdum. Her serhdende bir cure "iy" gelir. Tezeden seni birde gonderecekler ki indide get .... .

    Cavab yaz
    • Anonim
      Seva tovuza · 15 İyul 23:1500

      Altinay hardadi niye yazmir?O sual cavab rublikasi meni ne qeder bezdirmiwdi bir Allah bilir , amma turkler demiwken kiz vallahi o suallari bele ozledim

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.