Cəmiyyət

Goranboyda mağaza külə döndü - "50 min ziyana düşmüşəm" - YENİLƏNİB - VİDEO - FOTO

14 İyul 2017 11:28
0 Şərh     Baxış: 1 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:28

Goranboy rayonunun Goran qəsəbəsi ərazisində yanğın qeydə alınıb.

Milli.Az ARB TV-yə  istinadən xəbər verir ki, Elşən Musayevə məxsus mağazada başlayan yanğın okyektin anbarını və yanar konstruksiyalarını yararsız hala salıb. Alov ona bitişik olan digər mağazaya da keçib.

Hadisə yerinə Goranboy, Nafatalan və Kəlbəcər rayon Yanğından Mühafizə Hissələrinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, xəsarət alan yoxdur.

Elşən Musayev (zərərçəkən): "Heç nə çıxara bilmədik. Uşaqlar sağ olsun, qabaqda olan mallardan çıxara bildik. 40-50 min manatlıq ziyana düşmüşəm. Deyəsən, qısaqapanma olub. Ekspert gəlib baxacaq. Bəlkə də kimsə mərdimazarlıq etmək istəyib. Yanğın arxadan baş verib".

Yanğının baş vermə səbəbləri araşdırılır.

-----------------

13.07.2017

21:24

Bakı-Qazax magistralında olan mağazalarda yanğın olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  hadisə yolun Goranboy rayonun Goran qəsəbəsi ərazisində qeydə alınıb. Bir mağazada başlayan yanğın okyektin anbarını və yanar konstruksiyalarını yararsız hala salıb.

Alov ona bitişik olan digər mağazaya da keçib. Hadisə yerinə Goranboy, Nafatalan və Kəlbəcər rayon Yanğından Mühafizə Hissələrinin avtomoiblləri və canlı qüvvəsi cəlb olunub.
 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Goranboyda mağaza külə döndü -

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.