Cəmiyyət

Bakıda "Uşaqlara sevinc bəxş edək" xeyriyyə aksiyası keçirilib - FOTO

15 İyun 2017 17:54
Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Star Kids Group" şirkəti və Binəqədi Rayon İcra Hakimiyətinin təşkilatçılığı ilə Binəqədi rayonunda yerləşən Azərbaycan Uşaqları İctimai Birliyi Uşaq sığınacağından 30 uşaq "Uşaqlara sevinc bəxş edək" xeyriyyə tədbirində iştrak etdi.

Bu baradə Milli.Az-a şirkətinin direktoru Aygün Əliyeva məlumat verdi.

"Star Kids Group" tərəfindən sığınacaqdan gələn bütün uşaqlar geyimlər, ayaqqabılarla və ərzaq məhsullarıyla yanaşı şou proqramlı, əyləncəli bir gün yaşadılar. Azərbaycanın tanınmış müğənniləri Elnur Məmmədov, Niyam Salami, Nurlan Təhməzli öz ifalarıyla uşaqların sevincinə səbəb oldular. Animatorlar, sehirbaz, köpük şou, alov şou, şar şou onların sevincinə daha da sevinc qatdı.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.