Orucu pozan ən əsas amillər aşağıdakılardır:
1) Yemək və içmək.
2) Cinsi əlaqə.
3) Bədəni qüvvətləndirən iynələr, buruna damızdırılan dərmanlar və başqa bu kimi yemək-içməyə bənzər şeylər.
4) Özünü qusdurmaq.
5) Qadınlarda heyz (aybaşı) və nifas (doğuşdan sonra 40 gün ərzində davamlı gələn qan) qanı.
6) Şəhvətlə bilərəkdən məni (sperma) ifraz etmək.
Milli.Az zikr.az-a istinadən bildirir ki, unudaraq, yaxud da zorla vadar edilərək orucu pozan şəxsin orucu düzgün sayılır və həmin günün qəzasını tutmaq lazım gəlmir. Bu xüsusda Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə demişdir: "Həqiqətən, Allah mənim ümmətimə bilməyərəkdən, unutqanlıqdan və məcburiyyət qarşısında etdiklərini bağışlamışdır". (İbn Macə). Buna bilmədən yemək də daxildir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Kim oruclu olarkən unudaraq yeyər və ya içərsə orucunu davam etdirsin. Həqiqətən Allah onu yedizdirib, içizdirmişdir". (əl-Buxari, 1923).
Yuxarıda qeyd olunanlardan - cinsi əlaqə müstəsna olmaqla - hər hansı bir yolla orucu pozan şəxs bunun əvəzinə yalnız bir gün oruc tutmalıdır. Cinsi əlaqəyə gəlincə, qeyd etmək lazımdır ki, onun cəzası fərqlidir. Belə ki, bu günaha görə hər ikisi həm tövbə etməli, həm kəffarə olaraq ya qul azad etməli, ya altmış gün ardıcıl oruc tutmalı, ya da altmış kasıbı yedirtməlidir.
Öpmək orucu pozmur. Aişə (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) oruclu ola-ola zövcələrini öpərdi. (İmam Əhməd).
Dişlərin dibindən, burundan, boğazdan az miqdarda çıxan qanı udmaq orucu pozmur. Bunu məcburi halda qalıb və yaxud bilməyərəkdən etdikdə də pozulmur, amma bilərəkdən çox miqdarda qanı udmaq orucu pozur.
Tüpürcəyi və bəlğəmi udmaq orucu pozmur.
Analiz üçün qan vermək orucu pozmur.
Ağrı kəsici, sakitləşdirici və bu kimi iynələr vurmaq orucu pozmur, amma gərək iynə, bədəni qüvvətləndirən iynə olmasın.
Diş çəkdirmək, onu müalicə etmək, ona iynə vurmaq orucu pozmur. Misvakla dişləri təmizləmək, onun tərkibində olan suyu udmaq orucu pozmur. Amir ibn Rabiyə (radıyallahu anhu) belə deyir: "Peyğəmbərin (sallallahu aleyhi və səlləm) oruclu ola-ola misvakla dişlərini təmizlədiyini dəfələrlə görmüşəm". (Buxari).
Diş məcunundan onu udmamaq şərti ilə istifadə etmək olar.
Oruclu ola-ola ətir vurmaq və ya onu iyləmək olar.
Oruclu ikən sürmə, xına, lak, müxtəlif kremlər və yağlar və sair ənlik-kirşandan istifadə etmək olar.
Oruclu ola-ola hamamda, hovuzda və yaxud da dənizdə çimmək olar.
Yeməyin dadına baxıb sonra onu tüpürmək orucu pozmur.
Saç qırxdırmaq, dırnaq tutmaq, qoltuq altında və qasıqda olan tükləri qırxmaq orucu pozmur.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Orucu pozan amillər hansılardır?
30 May 2017 21:35
4 Şərh
Baxış: 9 467

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Pul məsələlərində intuisiya ilə deyil, faktlarla hərəkət edin
-
Qarpız alarkən nələrə diqqət etməliyik?
-
Çimərlik mövsümü başladı: Vətəndaşlar nələrə diqqət etməlidir?
-
Bakıda şok GÖRÜNTÜ: Qadın avtobusun təkərləri altına uzandı - VİDEO
-
800 manat maaş alır, 944 manat aliment ödəyir - ŞİKAYƏT
-
“TÜRK” etnonimi və törələr - YUNUS OĞUZ yazır
XƏBƏR LENTİ
-
Bu bürclər iyun bitməmiş varlanacaq
-
Abituryentlər ixtisas seçimi zamanı nələrə diqqət etməlidirlər?
-
Yer altında gizli dünya tapıldı
-
Tam bir vitamin kompleksi - Qırmızı kələm
-
Alimlər tənhalıq haqqında mifi dağıtdı: Yalnılıq öldürmür
-
Arıqlamaq heç də həmişə sevindirmir...
-
Qadın saxta diplomla 20 il psixiatr işləyib
-
Boşanma prosesinin uşaqlara təsiri - ŞƏRH
-
Bu tərəvəzləri çiy yemək olmaz
-
Avtomobiliniz çox yanacaq sərf edirsə, səbəbi bu ola bilər
-
Ay torpağının sirri 50 ildən sonra açıldı
-
Bu meyvənin qabığını zibilə atmayın
-
Günün qoroskopu: Pul məsələlərində intuisiya ilə deyil, faktlarla hərəkət edin
-
Dilarə Əliyevadan qardaşının səhhəti ilə bağlı açıqlama - FOTO
-
Qarpız alarkən nələrə diqqət etməliyik?
-
Ceyhun Kazımov yüksək vəzifəyə təyin olundu
-
Ceyhun Kazımov yüksək vəzifəyə təyin olundu
-
Bu ağacları həyətə əkməyin: Bədbəxtlik gətirir
-
lham Əliyevin sosial şəbəkə hesablarında Türkiyəyə səfərindən görüntülər paylaşılıb - VİDEO
-
Rafael Dadaşovun qızı adını dəyişdi - VİDEO
-
Mahmud Salahın 65 illiyinə həsr olunmuş bədii musiqili gecə keçirilib - FOTO
-
Durov təhlükə ehtimalına qarşı planını açıqladı
-
Klublararası dünya çempionatının oyunu yarımçıq dayandırıldı - VİDEO
-
Bakı Piano Festivalı 2025 Fransadan olan Mina Aqossi kvartetin parlaq çıxışı - FOTO