Cəmiyyət

Parklanma və tıxac probleminin həlli ilə bağlı YENİ TƏKLİF - VİDEO

21 Aprel 2017 22:10
0 Şərh     Baxış: 846

Şəhər ərazisində dayanma və durma qaydasını pozduğuna görə bir gün ərzində 700-ə yaxın sürücüyə protokol tərtib edilir.

Milli.Az bildirir ki, təxminən 60 sürücünün avtomobili isə konkret olaraq hərəkətə mane olduğu üçün evakuatorla cərimə meydançasına aparılır.

Bakıda hərəkətin intensiv olduğu yollarda belə halların qarşısını almaq üçün parklanma qaydaları ilə bağlı təkliflər səsləndirilir. Bakı Şəhər Dövlət Yol Polis İdarəsi nəqliyyat axınının tənzimlənməsi sahəsində, cari ilin ötən dövrü ərzində 423 ədəd yeni yol nişanının və 5 ədəd svetofor obyektinin quraşdırılması, 904 ədəd yol nişanının yararsız hala düşməsi ilə əlaqədar dəyişdirilməsi, 33 küçə və prospektdə cizgi xətlərinin çəkilməsi və ictimai istifadə üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinin dayanacaq yerlərinin dəyişdirilməsini təklif edib. Nazirlər Kabineti yanında ''Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası''na göndərilən təkliflər baxıldıqdan sonra məqbul hesab edilərək ''Azəravtoyol'' ASC tərəfindən icrası təmin edilib.

Nişanlar arasında ən çox dayanma və durmanı qadağan edən nişanlar olub ki, bunlar da hərəkətin intensiv olduğu küçələrə qoyulub.

Amma görünən odur ki, parklanma ilə bağlı yaşanan ən böyük problem hazırda yeni inşa edilən binalarda yaşanır. Hansı ki, "Yol hərəkəti haqqında" qanunun tələbinə əsasən bu cür binalar tikilərkən müvafiq icra hakimiyyəti orqanlarının, eləcə də yol polisinin rəyi nəzərə alınmalıdır. Amma çox təəssüflər olsun ki, buna əməl edən tikinti şirkətləri azdır.

Vaqif Əsədovun sözlərinə görə, belə halların qarşısının alınması bütün əlaqədar təşkilatların ciddi nəzarəti altında saxlanılmalıdır: " Dövlət Yol Polisi olaraq təklif edirik ki, bu kimi halların yaşanmaması üçün mütəmadi olaraq tikinti şirkətlərinin rəhbərlikləri ilə görüşlər keçirilməli və əhali arasında geniş təbliğat işləri aparılmalıdır". /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Parklanma və tıxac probleminin həlli ilə bağlı YENİ TƏKLİF

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.