Cəmiyyət

Aşıqlar onu 18 yaşdan yuxarı qızlara yazıblar - Qalmaqal

20 Aprel 2017 22:26
15 Şərh     Baxış: 2 246

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, "Aşıq ədəbiyyatında azyaşlı qızların aşırı vəsf olunması şüuraltı məsələdir, yoxsa estetik tələb?" sorğusunda iştirak edən ədəbiyyat adamlarından Aqşin Yenisey və Könül Arifin fikirləri mətbuatda böyük səs-küyə səbəb oldu. Şairlər el aşıqlarının qəzəbinə tuş gəldi.

Aşıq Əhliman:

"Aşıq Ələsgər peyğəmbərlər, dədəqorqudlar sırasında duran bir şəxsiyyətdir. O, sözünün əri olub, artıq-əskik söz danışmayıb. Aşıq Ələsgər deyir ki:
Arif məclisində bir söz söylərəm,
nə hədyan, nə çaşqın, nə qələt olmaz.
Nütfədən pak olan, lokmadan halal,
mərifət elminə nabələd olmaz.

Bunlar Quran ayəsi kimi sözlərdir. Ələsgərin sözlərində heç bir səhv tapmaq olmaz. İsmət Qayıbov bir məslicdə dedi ki, universitetə girəndə məndən SSRİ-də ilk hüquqşünasın kim olduğunu deyil, Ələsgərdən nə bilirsən, deyə soruşdular. O söz mənim qulağımdan getmir. Aşıq Ələsgərin iki sətrindən dissertasiya yazanlar var. Kim Aşıq Ələsgərə qarşı düşünülməmiş söz deyirsə, o, böyük səhv edir. Allah hələ aşıq Ələsgərə tay olacaq kimsə yaratmayıb. O ki qaldı aşıq ədəbiyyatında azyaşlı qızların vəsf olunması məsələsinə... Aşıqlar 18 yaşdan yuxarı qızları nəzərdə tutaraq yazıblar.

Aşıq Zülfiyyə:
"Aqşini, Könülü tanımıram. Onlar niyə belə danışıblar ki? O cür tanınan, sevilən bir insanla bağlı belə bir söz deyirlərsə, deməli, onların ciddi problemləri var. Yəqin dünyanın axırıdır..."

Aşıq Telli:

"Bakıda deyiləm, rayondayam. Evimizdə də ağlaşmadır. Bununla bağlı nəsə deyə bilmərəm. Aşıq Ələsgərin şeirləri pis deyil axı..."

Xatırladaq ki, Aqşin Yenisey sorğuya cavab olaraq "Aşıq ədəbiyyatını üç-beş aşıq məhv eləyib ki, onların da başında Aşıq Ələsgər gəlir", - demişdi.

Könül Arif isə "bu, zənnimcə, köhnə aşıqların azyaşlılara fövqəladə həvəslərindən qaynaqlanır. Müasir anlamda isə bunun adı pedofiliyadır", - deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

15 Şərh:

  • Anonim
    Müəllimə · 20 Aprel 22:4630

    Bəli də...Bu təzə dəbdi...Yadda qalmaq üçün Dahiləri tənqid etmək...Mən bəzi yazarları elə tanımışam..Gah S.Vurğunu .gah Anarı,digərlərin tənqid elirlər..Bundan sonra onların öz yaradcılığı ilə tanış oldum..gördüm cəfəngiyyatdan başqa bir şey deyil...adların da çəkərdim....onlar üçün reklam olar....

    Cavab yaz
    • Anonim
      Türkan · 20 Aprel 23:1820

      Yazmışdım bir uzun uzadı şərh milli.az vermədi.Sadəcə onu deyim ki bədbəxtliyinin acısını haqq dünyasına qovuşmuş klaasiklərimizə, xalqımız tərəfindən əxlaq,insanlıq,mədəniyyət mərifət etalonları kimi sevilən dahilərimizi yatdıqları yerdə rahatlıq verməyən bu aqşin yeniseyin "mənəvi və ruhi" sağlamlığına şübhəm var......dünya elə araq şüşəsinin dibindən görünən deyilki. ...

      Cavab yaz
  • Anonim
    Monika · 20 Aprel 23:0230

    Bu da təzə çıxıb özünə şair deyənlər klassiklərimizə sataşır.Sən içib ağzına gələni yazan Aqşin deyilsən?!

    Cavab yaz
  • Anonim
    İsmayıl İlməzli · 20 Aprel 23:0720

    Aşıq sənətinin kökü ulu övliyaların -.Tufarqanl abbsların,qurbanilərin,yunis ərələrin sənətidir. Aşıq Ələsgər : "Aşıq olub oba-oba gəzənin əzəl başdan pur kamalı gərəkdir." qoşması ilə bu sənətin etik normalarını yazan və dəqiqliklə ona riayət edən ölməz sənətkar olub. İndiki bəzi aşıqlar kimi ilhamını araq stəkanlarının dibində axtarmayb."Ana-bacı bilib qızı, gəlini"

    Cavab yaz
  • Anonim
    Musa · 20 Aprel 23:1020

    Bu aqşin nə yazır ümumiyyətlə? Könüldə deyəsən uşaq vaxtı aşəqların sazına ilişib. Deyim ki onuda tanamıram.

    Cavab yaz
  • Anonim
    ALEKS ❤ · 20 Aprel 23:2520

    Aşıq Ələsgər kimi dahi şəxsiyyəti təhqirə keçmək!!!??bu o şəxslərin nə qədər mənəviyyatsız,səviyyəsiz və bilik dərəcələrinin aşağı olmasını göstərir....təəssüfki belə tip insanlar var.bilmirlər gündəmə necə düşsünlər.ALEKS@

    Cavab yaz
  • Anonim
    həbiçi · 20 Aprel 23:3901

    Xahiş edirəm şərhimi verin

    Cavab yaz
  • Anonim
    Nara · 21 Aprel 00:3410

    Aşıqların hamısı gözəlləri vəsf eliyiblər. O vaxt 18+ anlayışı olmayıb. )))))

    Cavab yaz
  • Anonim
    QQ · 21 Aprel 02:3510

    Cox tessuf edirem ki yavas yavas milli menevi deyerlerimize de el dil uzatmaga baslamisiq .Bize daha dusmen ne lazim .Ozumuz izumuze besik .Asiq Zulfiyye xanimin sozuyle raziyam ki yeqin ki dunyanin axiridir .Dusmenlerimiz Azix magarasinin altini ustune cevirib kecmisimizin subutu olan qedim arxeoloji esyalarimizi talayirlar ki dunyaya ses yaysinlar ki ermenilerin tarixi qedimdi .Ve s .Bizimkiler ise elimizde olanlara da qara yaxmaga calisirlar .Haramdi bu torpagin havasi ,suyu sizin kimilere .Insanin nece vicdani yol verer ki oz xalqinin varliginin subutlarina subhe yaradan fikirler ireli sursun .Ayubdi ayib .Sag olsun Mehriban xanimi Mugamlarimizi ,asiq edebiyyatimizi ,Kelagayilarimizi ve basqa nece nece varligumizin subutunu YUNESKO -nyn qorunan milli menevi deyerlerimiz sitahisina saldirib .Burda yadima Nesiminin muellimi Neiminin bir dizu dusdu ;,,Adil insan yaradir ,Cahil insan dagidir "Cox heyif .....

    Cavab yaz
    • Anonim
      Atilla N.N. · 22 Aprel 10:2600

      Salam, hörmətli QQ, əslində bu mövzuya dair fikir və şərhlərinizi gözləyirdim. Fikrimcə, bu günkü gəncliyimizin Sizin şərhinizdə toxunduğunuz ciddi məsələlərə fikir verməsi vacibdir. Fikirlərinizə tam şərikəm və obyektivliyinizə, vətənpərvərlik ruhunuza görə Sizə təşəkkür edirəm.

      Cavab yaz
  • Anonim
    QQ · 21 Aprel 02:4710

    Muellime xanim ,bu dogrudan da taninmagun meshurlasmagin bir novudur ,ozu de cox iyrenc novu .Demeli bir gun men taninmaq isteyirem dusunurem neyleyim ve birden aglima gelir ki ele en yaxsisi Nizamini ,Fizulini ,Nesimini ,ne bilim Asiq Elesgeri ,Sabiri ,Semed Vurgunu ,Zelimxani tenqid eleyen bir sey yazib atiram ortaya .Vessalam O boyda samballi azman larun dahilerin adlarinin yaninda menim adim da yaxsi ya da pis muzakire olunur VESSALAM .Men artiq oldum meshur adam .Hami meni tanidi .Bu kimi axmaq metiddan ustifade eleyerek dahilerimize dil uzadanlar ancaq cinayet mesuliyyetine alinmaludirlar .

    Cavab yaz
  • Anonim
    Atilla N.N. · 21 Aprel 09:4910

    Bilirik ki, aşıq ədəbiyyatı şifahi xalq ədəbiyyatının önəmli tərkib hissəsidir. Milli dəyərlərimizin qorunaraq bu günə qədər gəlib çıxmasında el aşıqlarının rolu danılmazdır. Ən məşhur şairin kitabı belə çoxları tərəfindən oxunmaya bilər, lakin, aşıq ədəbiyyatı elə aşıqlarımız, ozanlarımız tərəfindən daha sürətlə yayımlanır. Dədə Ələsgərin yaradıcılığına barmaqarası baxan "şairləri" mən şair hesab etmirəm. Bunu bir məmur və Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi qətiyyətlə deyirəm. Aşıq Tellinin "Aşıq Ələsgərin şeirləri pis deyil axı..." ifadəsi də yolverilməzdir. Telli xanımın Ələsgər irsinə qiymət verməsi hələ çox tezdir. Qaldı ki, Aqşin və Könülə, mən onları ədəbi mühitdə tanımıram və yəqin ki, onlar Aşıq Ələsgər haqqında oxumaq istərkən, səhvən Kamasutranı oxuyublar.

    Cavab yaz
  • Anonim
    rasa · 21 Aprel 10:2500

    Mən basa düşmürəmki yenisey nə deməkdi

    Cavab yaz
  • Anonim
    QQ · 21 Aprel 10:3800

    Serhleri niye vermirsiz ?

    Cavab yaz
  • Anonim
    QQ-rasaya · 21 Aprel 11:5910

    Yenisey sozu qedim turk eposu olan ,,ORHAN- YENISEY " abidelerunin adindan goturulub.Guya bu adam koke bagliligini subut eleyir da .Deyesen Rusiya erazisinde de qedim turk izlerinin mivcudlugunun dubutu kimi Yenisey cayi var .Yaniliramsa uzr isteyirem .Belke de Rusiyada deyil ina yaxin olan hansisa respublikadadir .Unutmusam niyese

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.