Cəmiyyət

“Fərəc” nə deməkdir?

28 Mart 2017 22:10
33 Şərh     Baxış: 8 614
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fərəc" sözü çətinlikdən qurtulmaq, xilas olmaq mənasını verir. Bununla On ikinci İmamın (ə) zühuru nəzərdə tutulur. İmamın zühurunu gözləmək, həmin günün intizarında olmaq ibadət qədər savaba malikdir. Peyğəmbərimiz buyurmuşdur: "İbadətlərin ən üstünü fərəcin intizarında olmaqdır" (Biharül-ənvar, 52-ci cild, səh. 125).

Milli.Az islam.az-a istinadən bildirir ki, burada passiv, dağıdıcı intizar deyil, islahedici intizar nəzərdə tutulur. Zühurun intizarında olmaq özünü həmin günə hazırlamaq, haqqın tərəfində olmaq, zülmlə barışmamaq deməkdir. İmam Cəfər Sadiqdən (ə) rəvayət edilmiş hədislərin birində buyurulur: "Kim Qaimin (İmam Mehdinin) səhabələrindən olmaq istəyirsə gözləsin. Gözlədiyi halda günahlardan çəkinsin və əxlaqını yaxşılaşdırsın" (Biharül-ənvar, 52-ci cild, səh. 140).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.