Cəmiyyət

Seyidlərə ehtiram göstərmək barədə dinimizdə göstəriş varmı?

23 Mart 2017 23:45
187 Şərh     Baxış: 7 659
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Seyidlər Peyğəmbərin (s) ulu əcdadı Haşimin nəslindəndirlər. Müsəlman aləmində bilavasitə Peyğəmbərin (s) nəslindən törəmiş seyidlər sayca üstünlük təşkil edirlər və daha artıq ehtirama layiq görülürlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, tarix boyunca həmişə seyidlər hörmətli sayılmışlar. Məclisin yuxarı başında seyidi əyləşdirər, onun xeyir-duasını alar, bayramlarda onları ziyarət edər, seyid ailələri ilə qohum olmağa çalışarlar. Şəriətin vacib buyurduğu xümsün yarısının fəqir seyidlərə verilməsi də onların hörmətini artırmaq və möhtaclığının qarşısını almaq üçündür. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur: "Mənim övladlarıma hörmət edən mənə hörmət etmişdir". "Mənim şəfaətim öz əli, dili və malı ilə nəslimə yardım göstərən şəxsə nəsib olar" (Müstədrək əl-Vəsail, 12-ci cild, səh. 376).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.