Hamilə qalmaq üçün dua və ya Quran surəsi varmı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Övladın olması üçün namazı dayandırmaq yox, çoxaltmaq lazımdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbr etməklə və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, Allah səbr edənlərlədir. (əl-Bəqərə, 153).
İnsanın başına müsibət gəldikdə şeytan onun dini biliklərinin az olmasından istifadə edərək, namazı buraxmaq, Uca Allaha asi olmaq və s. fikirlər təlqin edir. Halbuki, hər kəs bilməlidir ki, Allahın razılığını və Cənnəti qazanmağın yolu dünya həyatında başına gələn müsibətlərə səbr edərək Allahın dini üzərində sabit qalmaqdır. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan (övlad) və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"- deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır" (əl-Bəqərə, 155-157).
Milli.Az zikr.az-a istinadən bildirir ki, ona görə də, dini biliklərimizi artırmaq, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və səhabələrin həyatını oxumaq, onların Allah yolunda müsibətlərə necə dözdüklərini öyrənmək lazımdır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "İmtahan və sınaq hər nə qədər böyük olsa, savab və mükafat da bir o qədər çox olar". (Buxari).
Səbir və namazla yanaşı Allaha çoxlu dua etmək və digər xeyirli əməlləri çoxaltmaq lazımdır. Peyğəmbərimiz (salallahu aleyhi və səlləm) bizə övlad üçün xüsusi dua buyurmasa da, özünüz istədiyiniz kimi və ya Qurani Kərimdə peyğəmbərlərin etdikləri kimi dua edə bilərsiniz: "Bir zaman Zəkəriyyə Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!" (Rabbi həb li millə dunkə zurriyyətən tayyibətən, innəkə səmiu-d-dua)". (Ali İmran, 38).
"(İbrahim dedi: ) "Ey Rəbbim! Mənə salehlərdən olan bir övlad bəxş et!" (Rabbi həb li minə-s-salihin)". (əs-Saffat, 100).
Duaların ən çox qəbul olunduğu vaxtlardan biri gecənin son üçdə biridir. Odur ki, siz dualarınızı çoxaldın və bacardığınız qədər gecə namazını qaçırmayın. Gecə namazı necə qılınır?
Bütün bunlarla yanaşı, əlbəttə ki, müalicə və digər səbəblərdən də yapışmaq lazımdır. Allah sizə saleh övladlar nəsib etsin!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ
-
Vətəndaş 20 manat yükləsə də, balansda 18 manat görünüb - Səbəbi bu İMİŞ
-
Bu peşələrə tələbat ARTACAQ - Bacaranlar SEVİNSİN
-
Evi, obyekti olanların NƏZƏRİNƏ: Bunu etməyənlər cərimələnəcək
XƏBƏR LENTİ
-
Zelenski: Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır - FOTO
-
Qurban bayramı namazının vaxtı açıqlandı
-
“Hətta indi kişi olmaya bilərdim”
-
Neymar görün haranın vətəndaşlığını aldı
-
Fatma Mahmudovanın qızı nişanlandı
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ
-
Röya "YouTube"dan silinən mahnısından DANIŞDI
-
Bu yol ÇÖKDÜ - Sürücülərin DİQQƏTİNƏ
-
Vətəndaş 20 manat yükləsə də, balansda 18 manat görünüb - Səbəbi bu İMİŞ
-
Xalq artistinə bəxşiş verməyi reklam edən şəxs QINANDI - VİDEO
-
Bu peşələrə tələbat ARTACAQ - Bacaranlar SEVİNSİN
-
Makron və həyat yoldaşı ilə bağlı diqqətçəkən iddia
-
Evi, obyekti olanların NƏZƏRİNƏ: Bunu etməyənlər cərimələnəcək
-
Putin müəllimini şam yeməyinə apardı - VİDEO
-
ADY WUF13 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilə bağlı paylaşım edilib - FOTO
-
Sakinlərlə tikinti şirkəti arasında növbəti narazılıq - “Bizə əvvəlcədən məlumat verilmədi”
-
19 aprel keçirilən imtahanların nəticələri elan EDİLDİ
-
DYP sürücülərə xəbərdarlıq ETDİ
-
Hava kəskin DƏYİŞİR - Yağış qara keçəcək - XƏBƏRDARLIQ
-
Xalq artisti dekoletli geyimi ilə diqqət çəkdi - VİDEO





