Cəmiyyət

Xarici tibbi nəşrlərin ölkəmizdə oxucusu nə qədərdir?

6 Mart 2017 23:49
0 Şərh     Baxış: 632
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xaricdə nəşr olunan tibbi nəşrlərin ölkəmizdə abunəçisi varmı? Milli.Az bildirir ki, AZƏRTAC-ın müxbiri həmin sualla mətbuat yayımı ilə məşğul olan bır sıra məhdud məsuliyyətli cəmiyyətlərə müraciət edib. "Qaya Mətbuat yayımı"ndan aldığımız məlumata görə, onlar hər ay 50-60 nüsxə "Zdorovye" jurnalı və təxminən həmin qədər də "Arqumentı i faktı" qəzetinin həftəlik "Zdorovye" əlavəsini abunəçilərə çatdırırlar. "Xpress- Elita" MMC-dən aldığımız məlumata görə, həmin nəşrlərə abunə olanların ümumi sayı 40-ı ötmür. Lakin onların abunəçiləri arasında dermatoloji və gözəllik jurnallarına yazılanlar da var.

"Səma-M" MMC-nin xətti ilə xaricdə dərc olunan tibbi nəşrləri əldə etmək istəyənlərin sayı isə 3-4 nəfərdən çox deyil. Təəssüf ki, oxucular arasında digər dillərdə çıxan qəzet-jurnal abunəçiləri yoxdur, onlar əsasən rus dilində nəşr olunanlara maraq göstərirlər. Rusiyanın məşhur tibbi nəşrlərindən olan "Medisinskaya qazeta"nın isə ölkəmizdə abunəçisi yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.