Cəmiyyət

“Sədəqallahül-əliyyül-əzim” sözünün mənası nədir?

2 Fevral 2017 20:50
4 Şərh     Baxış: 11 021
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Quran oxuyub qurtarandan sonra deyilən "Sədəqallahül-əliyyül-əzim" sözünün mənası nədir?

Milli.Az islam.az-a istinadən bildirir ki, bu cümlənin ərəb dilindən tərcüməsi belədir: "Çox uca və çox əzəmətli Allah doğru buyurdu". Adətən, bu cümləni Quran ayələrini və surələrini oxuduqdan sonra söyləyirlər. Bəzi cahil insanlar iddia edirlər ki, guya şiələr bununla İmam Əlini Allaha şərik qoşur və ikisinin adını yanaşı çəkirlər. Halbuki, cümlədəki "əliyy" sözü Allahın gözəl adlarından (əsmaül-hüsna) biridir. Qurani-kərimin də bəzi ayələrində "əliyy" və "əzim" adları yanaşı olaraq Allahın barəsində işlədilir. Məsələn, məşhur ayətəl-kürsi bu ifadə ilə bitir: "və huvəl-əliyyül-əzim", yəni "və O (Allah), çox uca və çox əzəmətlidir" (Bəqərə, 255).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.