Aşiq olduğunuz adamı unutmaq üçün bunları edin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Eşq dünyanın ən gözəl duyğusudur. Lakin bəzən sevdiyiniz şəxs sizə eyni hissləri verməyə bilər. Bu zaman insanın həyatı dözülməz olur. Özünüzü günahlandıra, ona əsəbiləşə bilərsiniz. Lakin bu cür davam edə bilməzsiniz. Ən yaxşısı onu unutmaqdır. Bəs necə? Aile.lent.az sevdiyiniz insanı unutmağın yolları ilə sizi tanış edir.
Aşiq olduğunuzu qəbul edin
İlk addım qəbul etməkdir. Bəli, aşiq oldunuz və o, sizə qarşı eyni hissləri keçirmədi. Çətin ola bilər, ancaq fərqi görəcəksiniz. Bunu ilanın zəhərini əmmək kimi düşünün. Yaranızın olduğunu qəbul edib müdaxilə etsəniz, daha tez sağalar.
Gerçəkləri qəbul edin
Milli.Az saglamheyat.com-a istinadən bildirir ki, aşiq olduğunuz adam evli ola bilər, düşündüyünüz qədər yaxşı biri olmaya və ya sizi istəməyə bilər. Sizin birlikdə ola bilməməyinizin səbəbi hər nədirsə, bunu qəbul edin və inad edib yerinizdə saymaq əvəzinə yolunuza davam edin.
Sizin şəxsiyyətinizlə əlaqəsi yoxdur
Birinin sizin sevginizə cavab verməməsi sizdə bir problem olması demək deyil. Siz aşiq olmazdan əvvəl kim idinizsə yenə osunuz. Səhv bir şey etməmisiniz. Siz duyğularınıza nəzarət edə bilmədiyiniz kimi, qarşınızdakı insan da edə bilməyə bilər. Olmursa olmur.
Əsəbiləşmək heç bir işə yaramaz
Sizinlə eyni fikirdə olmadığı üçün əsəbləşməyin mənası yoxdur. Əsəbləşmək sağlamlığınıza zərərli olmaqla yanaşı onu geri qaytarmayacaq. İnsanlar aşiq olacağı adamı seçə bilmir. Siz ona aşiq olduğunuz kimi o da başqasına aşiq ola bilər.
Onu düşünməyin
Onun üçün artıq vaxtınızı xərcləməyə dəyməz. Düşüncələrinizə hakim olmasına, ağlınıza girməsinə icazə verməyin. Yeni hobbilər seçin, dostlarınızla vaxt keçirin, yoqaya başlayın. Fikrinizi başqa şeylərə yönləndirsəniz, onu düşünmənizə mane ola bilərsiniz.
Məsafə qoyun
Onu unutmağa çalışarkən onun olduğu yerlərə getmək yaxşı fikir deyil. Eyni iş yerində çalışırsınızsa və ya eyni qrupda oxuyursunuzsa, vəziyyət çətin ola bilər. Ancaq mümkün qədər onun olduğu yerlərdə onun varlığını özünüzə unutdurmalısınız.
Özünüzə zaman verin
Hələ də əziyyət çəkdiyiniz üçün özünüzü günahlandırmayın. Könül yaralarının sağalması zaman alır. Özünüzə bir az vaxt verin. Gün keçdikcə daha yaxşı olacaqsınız.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Sabah Məhərrəm ayı başlayır
-
Müdafiə naziri Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstəricilərini açıqladı
-
Baş nazir Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
-
Bakıda torpaq bazarında yeni qiymətlər açıqlandı
XƏBƏR LENTİ
-
Dağılmayan turşulu kiftə resepti
-
Neçə dəqiqəyə günəş yanığı yaranır?
-
Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı
-
Hindistan qozu qabıqlarını yolların altına döşəməyə başladılar
-
Dəqiqələr ərzində hazır: Tavada brauni resepti
-
Elman Paşayevin oğlu həbs edildi
-
Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayır
-
Azərbaycanda xanəndə dünyasını dəyişdi
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Günün qoroskopu: Riskli investisiyalardan uzaq durun
-
İzzət Bağırovun oğlu məzun oldu - FOTO
-
"Space" TV-də yüksək vəzifəyə təyinat
-
“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
-
Asenanın son halı - tanımaq olmur - FOTO
-
Yeddi il əvvəl əkinə başladı - hər ağacdan 300 kq məhsul götürür – FOTO
-
Köhnə Günəşlidə binada yanğın - VİDEO
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Pezeşkian ABŞ ilə yekun razılaşmadan danışdı
-
Kafedə yemək yediyi yerdə boğuldu - Xilas edilmə görüntüləri - VİDEO
-
İspaniya Kabo Verde ilə oyunda xal itirib - YENİLƏNİB
-
Matçın ilk 30 dəqiqəsində topa toxunmadı
-
Hörmüzün tam açılacağı tarixi açıqlandı
-
Gəncədə iki avtomobil toqquşub - xəsarət alanlar var
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib





