Cəmiyyət

Kalanşo (kalanxoe) bitkisi haqqında bilmədikləriniz

11 Dekabr 2016 23:15
3 Şərh     Baxış: 26 066
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kalanşo bitkisindən nəinki xalq təbabətində, hətta müasir tibbdə də istifadə edilir. Az müddət və zəhmət sərf eləməklə siz ev şəraitində kalanşo bitkisindən müxtəlif dərman vasitələri hazırlaya bilərsiniz.
1. Məlhəm-maz.
40 ml kalanşo şirəsi, 0,25 qr furazolidon, 0,25 ml 2%-li novokain və 100 qram lanolin götürülür, yaxşı qarışdırırlır və otaq temperaturunda saxlanılır.
Bu məlhəm istənilən yaraları və sızanaqları sağaltmaq qabiliyyətinə malikdir. Bu məlhəmi ağrıyan nahiyəyə sürtdükdə ağrılar aradan qalxır, səpgilər sağalır. Məlhəm ekzema xəstəliyini qısa bir müddətdə sağaldır. Kosmetologiyada bu məlhəmdən uqriləri və üzdə olan ləkələri sağaltmaq məqsədi ilə istifadə edilir. Məlhəm aşağı ətraflarda olan varikoz genəlməni də aradan qaldırır.
2. Cövhər.
Yarım litrlik şüşə butulkaya kalanşo yarpaqları tökülür, üzərinə 70%-li spirt əlavə edilir. Şüşənin ağzı kip bağlanır və qaranlıq yerdə bir həftə saxlanılır. Gün ərzində bir-neçə dəfə şüşə çalxalanır. Bir həftə bitdiyində şüşədəki cövhər süzülür və soyuducuda saxlanılır. Cövhərdən hər gün 1 çay qaşığı suya qatılıb venaların varikoz genəlmələrində, dıqnaqdibi xəstəliyində, mastopatiyada, ağız boşluğunun iltihabi xəstəliklərində istifadə edilir.
3. Kalanşo yarpaqlarından təpitmə.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, kalanşo yarpaqları ət maşınının iri gözündən keçirilir. Əldə edilən məhsul bir-neçə qatdan ibarət olan tənzifə bükülür və zədələnmiş nahiyəyə qoyulur. Bu vasitə ilə qanaxmanı saxlamaq, dəridəki infeksion xəstəlikləri və qaşınmanı sağaltmaq mümkündür. Təpitmə vasitəsilə əməliyyatlardan sonra yaraları tez bir zamanda sağaltmaq mümkündür.
4. Kalanşo şirəsi.
Kalanşonun şirəsini asanlıqla əldə etmək olur. Onu sıxdıqdan sonra soyuducuda 20% spirt qatmaq şərtilə 7 gün saxlamaq mümkün olur. Amma ən yaxşı halda onun şirəsini çəkən kimi içmək lazımdır.
Şirə artirozların, konyuktvititn, paradontazın, yanılq yaralarının, stomatitin və qinqvitin müalicəsi zamanı mikrob əleyhinə və antiseptik təsir göstərir. Nəticəni əladə etmək üçün 15-20 gün ərzində gündə 1-3 dəfə, hər dəfə 30 qram içilməlidir.
5. Dəmləmə.
Kalanşo yarpaqları şirli qaba qoyulur və üzərinə qaynar su əlavə edilir. Dəmləmə xaricə istifadə etmək üçün hazırlandıqda 1:5, daxilə qəbul etmək üçün istifadə edildikdə 1:10 nisbətində götürülür. Dəmləmə ağzı qapalı halda su vannasında hazırlanır. Dəmləmə ağız boşluğu və diş əti xəstəlikləri zamanı qarqara şəklində, varikoz genəlmələr zamanı isə təpitmə kimi istifadə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.