Cəmiyyət

"Azərbaycanın İntellektual BİRincisi" layihəsi başladı - FOTO

28 Noyabr 2016 12:15
Baxış: 1 337
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə və "İrəli" İctimai Birliyi tərəfindən "Azərbaycanın İntellektual BİRincisi" layihəsi başladı.

Şamaxı, Ağsu, Qobustan və İsmayıllı rayonlarının gənc intellektuallarının iştirakı ilə "Azərbaycanın İntellektual BİRincisi" layihəsinin İsmayıllı turniri və Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Sabirabad rayonlarının gənc intellektuallarının iştirakı ilə Sabirabad turniri keçirildi. Açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevil Əhmədova və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Sabirabad Rayon İcra Hakimiyyətinin 1-ci müavini Həsən Həsənov çıxış edib. Açılış mərasimindən sonra 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") oyunlarına start verilib. İsmayıllı rayonunda keçirilən regional seçim turunda "Axtar-tap", "Vətəni Tanı" intellektual oyunlarında Ağsu rayonu, "Xəmsə", "Nə? Harada? Nə zaman?" intellektual oyunlarında İsmayıllı rayonunun gənc intellektualları qalib olublar. Sabirabad rayonunda keçirilən regional seçim turunda "Axtar-tap", "Nə? Harada? Nə zaman?" intellektual oyununda Saatlı rayonu, "Xəmsə" intellektual oyununda Sabirabad rayonu, "Vətəni Tanı" intellektual oyununda Neftçala rayonunun gənc intellektualları qalib olublar.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazandılar. Sonda turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif edildi. Qeyd etmək istərdik ki, Azərbaycan İntellektual Birincisi oyunlar klubu və "Xəmsə" milli intellektual oyunu "Azərbaycan İntellektual Birincisi" layihəsinə təşkilatı dəstək göstərmişdir.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.