Cəmiyyət

Bu dəfə ana uşaqları atıb getdi - ata çarəsiz qaldığından işə gedə bilmir - VİDEO

24 Noyabr 2016 21:46
21 Şərh     Baxış: 6 203
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu dəfə ana 3 övladını atasının üstünə ataraq tərk edib. Uşaqların atası çarəsiz qaldığından işə də gedə bilmir. Şabranda baş verən və 3 azyaşlı körpəni ana sevgisindən məhrum edən həyat həkayəsinə nəzər salaq.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, anaları onları atıb gedən azyaşlı uşaq ona anası ilə bağlı verilən sualları cavablandırmaqda çətinlik çəkir. Adətən atanın atıb getdiyi uşaqlarla bağlı xəbərlərə daha çox rast gəlindiyi halda bu dəfə hər şey tərsinə baş verib.

7 ildən çoxdur ki, Elməddin Məmmədovla birgə ailə həyatı yaşayan Nuranə adlı qadın 3 uşağını ataraq evi tərk edib. Uşaqlar körpə olduğundan indi ata çarəsiz qalıb.

Nuranə Hüseynquluyeva adlı qadın 7 yaşlı Elbrus, 5 yaşlı İsa və 2 yaşlı Rüzgar adlı oğullarını kiçik yaşlarında ana qayğısından məhrum edib. bundan sonra ailə başçısı eldəniz məmmədov həyat yoldaşından boşanıb. Uşaqlar isə atada qalıb.

E.Məmmədov uşaqlara baxmaq üçün işləməlidir. Adətən Dərbəndə gedib tikintidə işlədiyini bildirən çarəsiz ata uşaqlar onun öhdəsində olduğundan evdən kənara çıxa bilmir. Ancaq bu çətin maddi vəziyyətiən baxmayaraq hətta qohumlarının uşaqları kimsəsizlər evinə vermək təklifini belə rədd edib.

E.Məmmədov 2 ay Vüsalə Əzimova adlı qadınla birgə yaşayıb. Ancaq qadın uşaqlara baxmadığından ondan da ayrılmağa məcbur olub. İndi çarəsiz qalan ata övladlarını baxıb böyütməsi üçün aidiyyatı dövlət qurumlarına müraciət etmək istəyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.