Noxudun tarixi 7000 il əvvəllərə gedib çıxır. Noxud Asiya qitəsindən bütüb dünyaya yayılaraq həm qida, həm də çərəz vasitəsi kimi istifadə edilir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, noxud tərkibində olan vitamin və minerallara görə orqanizmə çox faydalıdır. Onun tərkibində A, C, E vitaminləri, kalsium, dəmir, kalium və yüksək miqdarda natrium var. Tərkibində olan liflərə görə noxud bağırsaqlar üçün faydalı sayılır. Noxudun orqanizmin sağlamlığında rolu böyükdür. O sinir sisteminin fəliyyətini yaxşılaşdırır, yuxunu normallaşdırır. Təzə noxudun suyu dəri və saçlar üçün çox faydalıdır. Noxud hüceyrələri qidalandırmaq və dəridəki yara izlərini sağaltmaq qabiliyyətinə malikdir. O saç köklərini möhkəmləndirir, saçların tökülməsinin qarşısını alır.
Artıq kilodan xilas olmaq istəyənlər noxud dieti saxlayaraq piylərdən xilas ola bilirlər. Belə ki, gün ərzində yalnız noxud yeməklə diet saxlayıb arıqlamaq mümkündür. Noxud orqanizmin vitamin və mineral balansını saxlamaqla aclıq hissini aradan qaldırır və artıq çəkidən azad olmağa yardım edir.
Gün ərzində 2-3 stəkan bişmiş noxud yemək orqanizm üçün lazımsız sayılan xolesterolun azalmasına səbəb olur.
Mütəxəssisilər noxudun ürək əzələsini qüvvətləndirmək qabiliyyətinə malik olduğunu söyləyirlər. Noxudun tərkibində olan liflərin ürəyə faydası olduğu elm adamları tərəfindən öz sübutunu tapmışdır. Tərkibində olan omeqa-3 yağları ürək xəstəliklərinin qarşısını almaqda yardımçı olur.
Noxudun tərkibində olan aminturşular, triptofan və serotonin yuxusuzluğun aradan qalxmasına yardım edir. Bunun üçün düzənli olaraq hər gün 1 stəkan bişmiş noxud yemək məsləhət görülür.
Hər gün noxud yemək stressi aradan qaldırır və yaddaşı möhkəmləndirir.
İmmun sistemin möhkəmlənməsində noxudun tərkibində olan dəmir və vitamin C-in rolu böyükdür.
Hər gün noxud yemək klimakteriya əlamətlərini aradan qaldırır. Orqanizmə enerji verdiyin görə mütəxəssislər zəifləmiş adamlar və hamilə qadınlar üçün hər gün noxud yeməyi məsləhət bilirlər.
Noxudun tərkibində fol turşusu olduğuna görə ana südünün artmasına səbəb olur.
Tərkibində olan fosfor qan hüceyrələrinin sağlamlığının qorunmasına səbəb olur.
Düzənli olaraq noxud yeyən adamlarda böyrək daşlarının tökülməsi müşahidə edilir.
Milli.Az
Cəmiyyət
Noxud haqqında bilmədikləriniz
17 Noyabr 2016 21:40
8 Şərh
Baxış: 91 115
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Peşəkar fəaliyyət müstəvisində kobud səhvlərə yol verməyin
- "Boşandıqdan sonrakı dövrdə cinsi münasibətdən uzaq olun, çünki..." - Psixoloqdan məsləhət
- Günün qoroskopu: Həyəcan və emosiyaların bol olacağı gündür
- Bəzən danışmaqdansa susmaq yaxşıdır
- Qatilin "sipər" etdiyi qohumlarını qorumaq üçün canlarından keçən qəhrəmanlarımız...
- Günün qoroskopu: Peşəkar fəaliyyət müstəvisində kənar təsirlərin güclənməsinə imkan verməyin
XƏBƏR LENTİ
- Tətildə xəstələnməmək üçün nə etməli? - Həkim məsləhəti
- Keti Perri Türkiyədə konsert verəcək
- Niyə kəsmiyi çayla birlikdə yemək olmaz?
- Həkəri çayının səviyyəsi qalxdı, Padşah körpüsünün bir hissəsini dağıldı - VİDEO
- Ölümcül ola bilən dərmanların siyahısı yayıldı: Spasmalgon, Tempalgin...
- Xankəndidə investisiya layihələri sahibkarlara tanıdıldı
- Qızmar havalara qarşı dözümlülüyü artıran içkilər - SİYAHI
- Məşhur müğənnini kiminlə səhv saldılar?
- Braziliya millisinin yarımmüdafiəçisi "Yuventus"a keçəcək
- Bədəni iltihabdan təmizləyən qidalar - SİYAHI
- Azərbaycanın müdafiə naziri Macarıstana səfər edib
- "Sahil" stansiyası qarşısındakı səkilər genişləndirildi - FOTO
- Xorultunu aradan qaldıran dərman istehsal olunacaq - YENİLİK
- Cəlilabadda su bəndində bir nəfər batdı
- "Android" telefonunuzdakı nasazlıqdan sizə xəbər göndərəcək - FOTO
- Sülh təklifimiz təcilidir - Medvedyev
- “Meyxanaçılar arasında milyonçu özüməm”
- Azərbaycan peyk istehsal edəcək
- Sabah bu rayonlarda qaz olmayacaq
- Ceyhun Bayramov Gürcüstan parlamentinin sədri ilə görüşdü - YENİLƏNİB - FOTO
- O, yalan deyir: Nikol bizi Qarabağda pis duruma saldı
- Kürdəmirdə göldə bir nəfər batdı
- Bu bürcün qadınları kişiləri özlərindən uzaq salır
- "Sahil" metrostansiyasının önündəki səkilər söküldü - FOTO