Ölüm və onun növləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölüm canlı orqanizmin həyat fəaliyyəinin labüd sonudur. Səbəblərinə görə 2 cür olur:
1. Fizioloji (təbii)
2. Patoloji (vaxtından əvvəl).
Milli.Az immunitet.az-a istinadən bildirir ki, həddindən artıq qocalmış orqanizmin həyatının başa çatması fizioloji ölüm sayılır. Fizioloji ölüm canlı orqanizmin qocalıqla əlaqədar olaraq bütün həyati funksiyalarının başa çataraq sönməsi nəticəsində baş verir. İnsanlarda fizioloji ölümə nadir hallarda rast gəlinir. Adətən insanların həyatı müxtəlif xəstəliklər səbəbindən başa çatır. Buna patoloji ölüm deyilir. Çox vaxt müxtəlif xəstəliklər səbəbindən insanların hətayi prosesləri başa çatır.
Lakin bəzi hallarda zahiri cəhətdən sağlam görünən insanın da ölümü ilə rastlaşırıq. Bu qəfləti ölüm adlanır. Qəfləti ölüm gizli keçən və ya kifayət qədər kompensasiya olunmuş xəstəliklərin gözlənilmədən ölümcül ağırlaşması nəticəsində baş verir. Bu adətən aşağıdakı xəstəliklər zamanı baş verir:
- aorta anevrizmasının partlaması nəticəsində qanaxmalar zamanı
- koronar arteriyaların trombozu ilə əlaqədar
- hipertoniya xəstəliyi zamanı beyinə qansızmalar baş verdikdə
- ağciyər arteriyasının trombozu zamanı.
Xarici mühitin təsirləri altında baş verən ölüm zorakı ölüm hesab edilir. Belə ölümlərə aiddir:
- qətl
- intihar
- məişət, nəqliyyat və istehsalat travmaları.
Adətən insanlar ürək fəaliyyətinin, ya da tənəffüsün dayanması nəticəsində ölür. İnsan orqanizmində baş verən dəyişikliklərin xarakterindən asılı olaraq ölümün 2 forması ayırd edilir:
- bioloji ölüm
- kliniki ölüm.
Bioloji ölüm - ölümün geriyə dönməsi mümkün olmayan formasıdır. Bu zaman əvvəlcə sinir toxumasında, beyin qabığında, qabıqaltı nüvələrdə, sonra issə tədricən digər hissələrdəüzvi dəyişikliklər baş verir.
Kliniki ölüm zamanı isə tənəffüs və qan dövranı dayanır, reflekslər itir. Lakin bu zaman orqanizmin həyat əhəmiyyətli orqan və toxumaları öz qabiliyyətlərini itirmirlər. İnsan üçün kliniki ölümün müddəti 5-6 dəqiqə hesab edilir. Mümkün şərait olduqda kliniki ölümə düşmüş şəxsi xilas eləmək mümkündür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həftəsonu bəzi yollar bağlı olacaq - Xəbərdarlıq
-
Sabah 10:00-da qaz kəsiləcək
-
“Allah belə qızın bəlasını versin, 3 aydır xəbərim yoxdur” - 14 yaşlı qızın anası - VİDEO
-
Azərbaycanda çörək BAHALAŞDI? - RƏSMİ
-
Görünüş məsafəsi kəskin azalacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanda MTK-ların dövrü BİTİR? - Binalarda yeni SİSTEM
XƏBƏR LENTİ
-
Həftəsonu bəzi yollar bağlı olacaq - Xəbərdarlıq
-
Tramp Mertsi tənqid edib: İran məsələsinə müdaxiləni dayandır
-
Sabah 10:00-da qaz kəsiləcək
-
“Allah belə qızın bəlasını versin, 3 aydır xəbərim yoxdur” - 14 yaşlı qızın anası - VİDEO
-
Bir zamanların sevilən aktyoru bu görüntüsü ilə sevənlərini üzdü - FOTO
-
Metamfetaminlə tutulan şəxsə hökm oxundu
-
Azərbaycanda çörək BAHALAŞDI? - RƏSMİ
-
133 oyunun nəticəsi ləğv edilə bilər
-
“Beynəlxalq Rəqs Günü”nə həsr olunmuş “Rəqsin sehrində” adlı konsert proqramı keçirilib - FOTO
-
İdman zalında edilən bu səhvlər sizə baha başa gələ BİLƏR
-
Görünüş məsafəsi kəskin azalacaq - XƏBƏRDARLIQ
-
Tatlısesin qızından diqqətçəkən CAVAB - FOTO
-
Azərbaycanda MTK-ların dövrü BİTİR? - Binalarda yeni SİSTEM
-
Göy üzündə möhtəşəm şou OLACAQ
-
Avropa institutlarına kənar təsir iddiaları: qərarvermə nə qədər şəffafdır? - ŞƏRH
-
Körpəsinə "Gucci"dən əmzik almaq üçün Dubaya GETDİ: 833 manata... - VİDEO
-
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
-
Yuriy Petroviç Kamayev “Şöhrət” ordeni ilə təltif edilib
-
Dünyanın ən sağlam meyvələri açıqlandı - SİYAHI
-
Efirdə yardım istədi, günlər sonra ÖLDÜRÜLDÜ - VİDEO
-
"Okamponun fırıldaqçı və qərəzli şəxs olduğu hər kəsə bəllidir"
-
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - SABAHDAN
-
ABŞ Almaniyada planlarını dəyişir?
-
Trampdan Putinlə bağlı diqqətçəkən açıqlama





