Cəmiyyət

“Nəhcül-bəlağə” kitabına yazılmış şərhlərin əsas özəllikləri nədir?

29 Sentyabr 2016 21:40
26 Şərh     Baxış: 2 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Həzrət Əlinin (ə) xütbələrindən, məktublarından və hikmətli kəlamlarından ibarət olan "Nəhcül-bəlağə" kitabını məşhur ədib Seyyid Rəzi tərtib etmişdir. Keçən min il ərzində bu kitaba çoxlu şərhlər yazılmışdır. İbn Meysəm, Qütb Ravəndi, Mirzə Həbibullah Xoyi və sair müəlliflər tərəfindən yazılmış şərhlər məşhurdur.

Milli.Az islam.az-a istinadən bildirir ki, "Nəhcül-bəlağə"yə yalnız şiə deyil, əhli-sünnə alimləri də şərh yazmışlar. Məsələn, şafii məzhəbli İbn Əbil-hədidin, Misir alimi Mühəmməd Abduhun şərhləri diqqətə layiqdir. Son dövrlərdə böyük filosof və arif Mühəmməd Təqi Cəfəri də bu ölməz əsəri ətraflı şərh etmişdir. Şərhlərin hər biri müəyyən özəlliyə malikdir. Belə ki, İbn Meysəmin şərhi daha çox əqli xarakter daşıyır, burada hədis və rəvayətlərdən az istifadə edilib. İbn Əbil-hədidin şərhində tarixi məqamlara çox yer ayrılıb. Mühəmməd Təqi Cəfərinin şərhi isə ədəbi və irfani incəlikləri ilə seçilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.