Əgər övladınızda qeyri-məntiqi bir qorxu hiss edirsinizsə, çalışın ki, onun kökünü tapasınız. Bu məsələdən iki cür faydalana bilərsiniz. Birincisi bu qorxunun qarşısını ala bilərsiniz. İkinci isə tərbiyə sahəsində dəyərli şeylər öyrənmiş olarsınız. Ancaq bu qorxunu tamamilə aradan qaldırmaq mümkün deyildir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər bu qorxunun səbəbini tapmaq istəyiriksə, ilk növbədə övladımızın süd yediyi dövrü tədqiq etməliyik. Əgər övladınız süd yeyən dövrdə kifayət qədər rahatlıq hiss etməyibdirsə, canında qorxu olar. Qeyd etmək lazımdır ki, bu dövrdə o zaman ki, uşaq ağlayır, onu tez bir zamanda sakitləşdirmək uşaqda təhlükəsizlik və rahatlıq hissi yaradar.
Uşaq bilir ki, anası yaxındadır, nə vaxt lazım olsa, ona kömək edəcəkdir. Əgər anası yoxdursa, o zaman başqaları ilə təması onu qorxudar və bütün varlığına yayılar. Ya da məsələn anası işləyir və süd yeyən uşağını dayənin yanına qoyub gedir. Bu da uşağın qorxaq olmaq şansını artırır.
Uşağı süddən kəsmək də uşaqda qorxu yarada bilər. Belə ki, ana südünü kəsmək üçün acı və ya istiotlu şeylərdən istifadə edərsə, uşaq qorxulu bir şeyin olacağını ehtimal edir və qorxmağa başlayır. Bu qorxu qalan qorxular üçün başlanğıc ola bilər.
Diqqət etmək lazımdır ki, uşaqlar ətrafında olanların qüdrətini hiss etmir. Uşaq bütün bu təhlükələrdən uzaq olmaq üçün anasına sığınır. Uşaqlar valideynlərinin qüdrətini sosuz hesab edirlər. Fərz edək ki, uşaq süd yeyən zaman və onu tərgidən zaman qorxu hiss etməmişdir. Sonrakı mərhələlərdə çalışmalıyıq ki, uşağı qorxudacaq şeylərdən onu uzaq tutaq və bunun üçün şərait yaratmayaq. Halbuki, biz çox vaxtı uşağın idrak qüvvələrini nəzərə almadan onu dəfələrlə qorxuduruq ki, istəklərimizi həyata keçirtsin. Məsələn, ana evin təmizliyinə çox diqqət edir. Uşaqları da bu təmizliyə riayət etsin deyə, onları vahiməli şeylərlə qorxudur. Əlbəttə, onun məqsədi budur ki, uşağını təmizliyə öyrətsin və evi çirkləndirməkdən çəkindirsin. Ona görə də demək olar ki, vasvası anaların uşaqları adətən qorxaq olurlar.
Analar bəzən övladlarını xoxan, torbalı kişi və sair kimi məxluqlarla qorxudurlar. Uşağı həmin an ona reaksiya vermir. Bu, o demək deyildir ki, uşaq qorxmur. Bu sözlər onun zehninə yazılar və qaranlıq və ya tək olan zaman bu vahimə hissi oyanar və fəaliyyətə başlayar. Ona görə də əgər uşaq qorxu üzündən məntiqsiz rəftar edirsə, deməli bunun üçün hansısa səbəbi vardır. Çox əksər hallarda bu qorxunun səbəbi valideynlərə qayıdır.
Bəzən analar övladını müvəqqəti kontrol etmək üçün onu oğru, zindan, adam yeyən və sairlərlə qorxudurlar. Bu sözlər ilk növbədə uşaq üçün şok olur. Ola bilsin ki, qısa müddət üçün təsirli olsun. Ancaq sonralar uşaq valideynlərinin sözlərinə şübhə ilə yanaşır. Bu şübhə get-gedə sonralar valideynin bütün sözlərinə şamil olur.
Bəzən də böyüklər öz qorxduqlarını uşaqların yanında bildirirlər. Bu qorxunu onlara da keçirirlər. Diqqət edin ki, ötürmə kiçik yaşlarda daha güclü olur. Hər halda o zaman ki, qorxu uşağın canına düşübsə, onu tamamilə aradan qaldırmaq mümkün deyildir. Ola bilsin ki, başqa bir xəstəliyə çevrilər. Psixoloji xəstəlikləri müalicə etmək asan iş deyildir. Bəzən də qeyri-mümkün görünür. Ona görə də böyüməklərini gözləməyin. Özünüzü rahat etmək və istəklərinizi onlara yeritmək üçün onları qorxutmayın. Səbir və hövsələ ilə onların nadincliklərinə dözün.
Milli.Az