Zəbur hansı kitabdır və orada nə yazılıb?
Milli.Az islam.az-a istinadən bildirir ki, Zəbur (ərəb dilindən tərcüməsi "yazı" deməkdir) səmavi kitablardan biridir və Həzrət Davud Peyğəmbərə (ə) nazil olub. Həzrət Davudun (ə) gözəl səsi vardı və O, Zəburu avazla oxuyurdu. Zəbur dini məzmunlu 150 nəğmənin mətnindən ibarətdir, bu nəğmələrdə Allah-təala vəsf edilir. İslam mənbələrində bu kitabı "Məzmur" və "Məzamir" də adlandırırlar. Hazırda Zəbur Bibliyanın tərkibində 19-cu kitab sayılır, yəhudilər və xristianlar onu müqəddəs bilirlər. Tövrat və İncil kimi Zəburun da mətni təhrif edilib və hazırki Zəbur Həzrət Davuda (ə) enmiş müqəddəs şəkildə deyil.
Milli.Az