Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağac kəsənə cərimə yox, həbs!
23 Aprel 2011 14:47
Baxış: 372
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Meşələrin dünyada 1,6 milyard insanın yaşayışını, milyonlarla flora və fauna növü üçün həyat sahəsini təmin etdiyini və iqlim dəyişikliyinin mənfi nəticələrinin qarşısının alınmasında oynadığı rolu nəzərə almaqla, BMT Baş Assambleyası 2011-ci ili Beynəlxalq Meşələr İli elan edib. Beynəlxalq Meşələr İli Azərbaycanda da meşəbərpa işləri ilə müşayiət olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşələrin inkişafı departamentinin baş məsləhətçisi Əbdülağa Məlikov bildirdi ki, cari ildə nazirlik tərəfindən 10500 hektar sahədə meşəbərpa işləri, 161 ton toxum tədarükü və 30 milyon ədəd əkin materiallarının yetişdirilməsi nəzərdə tutulub. Məsələ ondadır ki, onsuz da Azərbaycan azmeşəli ölkə hesab edilir. Bu səbəbdən nazirlik hər il meşəsalma, meşələrin bərpası işlərinə diqqət ayırır. Ən əsası meşələrin seyrəkləşmə tendensiyasının qarşısı alınıb.
Ümumi meşə fondu 1213,7 min hektar, o cümlədən meşə ilə örtülü sahə 1021 min hektardır. Bu da ölkə ərazisinin 11,8 faizini təşkil edir və Azərbaycan azmeşəli ölkələr sırasına daxildir. Eyni zamanda, son 15 il ərzində meşəbərpa tədbirlərinin həcmi 2 dəfə çoxaldılıb ki, bunun nəticəsində də meşə ilə örtülü sahələr 0,4 faiz artırılaraq 11,4 faizdən 11,8 faizə çatdırılıb. Ölkəmizin meşə ehtiyatlarının 49 faizi Böyük Qafqaz regionunun, 34 faizi Kiçik Qafqaz regionunun, 15 faizi Talış zonasının və 2 faizi Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Hazırda 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal olunub. Azərbaycanda adambaşına 0,12 hektar meşə sahəsi və 14,5 m3 oduncaq düşür.
Məlikov bildirdi ki, nazirliyin 4 regional meşə tinglik müəssisəsi var. Hər rayonun iqlim şəraitinə, torpağına uyğun ağaclar əkilir. Ancaq əfsuslar olsun ki, meşələrin bərpasına, yeni meşə sahələrinin salınmasına ayrılan vəsait yüksək deyil. Odur ki, işçi qüvvəsi cəlb etməkdə çətinliklər ortaya çıxır: "Bir işçiyə aylıq 100 manat məvacib verilir. Ona görə də biz ailələri işə cəlb edirik. Çünki bir ailədən 3-4 nəfər meşə salınmasında iştirak edəndə ailə büdcəsinə 300-400 manat pul gəlir. Rayon yerlərində bu məbləğ heç də az deyil".
Söhbət əsnasında onu da öyrəndik ki, qonşu ölkələrdə meşələrin mühafizəsinə, bərpasına ayrılan vəsait Azərbaycandan 10-15 dəfə yüksəkdir. Məlikov deyir: "Əlbəttə, biz də istərdik ki, meşələrin qorunmasına daha çox vəsait ayrılsın, baxmayaraq ki, ayrılan vəsaitin məbləği ilbəil artır. Lakin daha böyük işlər görmək, prosesi daha da sürətləndirmək üçün daha çox vəsaitə ehtiyac duyulur".
Qanunların kifayət qədər sərt olmaması meşələrin qorunmasını çətinləşdirir. Məlikov da düşünür ki, qanunvericilik indikindən daha sərt ola bilərdi: "Məsələn, ağac kəsən şəxslər cərimə ödəməklə canlarını həbs cəzasından qurtarmamalıdır. Hazırkı qanunda qeyd edilir ki, ağac kəsən şəxsi 850-1000 manat məbləğində cərimə gözləyir. Ağacın yaşı, cinsi və digər faktları da nəzərə alanda bu məbləğ 2000 manata qədər artır. Vaxtilə bu məbləğ çox cüzi idi. Nazirliyin təşəbbüsü, təklifləri ilə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi. Sözsüz ki, biz meşəçilər ağac kəsənlərə qarşı qanunların daha da sərtləşdirilməsinin tərəfdarıyıq. Çünki biz bilirik ki, bir ağacı əkmək, yetişdirmək, böyütmək necə çətin işdir".
Mühafizəçilərin bəzən ağacların qırılmasına göz yummasına münasibət bildirən mütəxəssis hesab edir ki, bir-iki nəfər haqqında fikirləri hamıya şamil etmək olmaz. Onun fikrincə, bizim meşə mühafizəçiləri əsl fədakarlardır. Çünki onlar 100-120 manat aylıq maaşa 1000-1500 hektar ərazini mühafizə edirlər. Meşəsalma işlərində fəal iştirak edirlər: "Əfsuslar olsun ki, bəzi dağ rayonlarında meşələrə həyat deyil, dolanışıq mənbəyi kimi baxanlar mövcuddur. Çalışmalıyıq ki, biz insanların düşüncəsini dəyişək. Axı bir ağacın yetişdirilməsi üçün bir insan ömrü yetmir. Bu azmış kimi əkilən 100 ağacın 100-nün də bitəcəyinə təminatı yoxdur. Sevindirici haldır ki, bizim əkdiyimiz 100 ağacdan 90-95-i bitir".
"Ayna" qəzeti

DİGƏR XƏBƏRLƏR
-
Səbail və Yasamal sakinlərinin diqqətinə: Su kəsiləcək
-
Rektor vəzifəsindən azad edilən Elçin Babayev həmin vaxt harada idi? - Detallar
-
Bölgələrin real tələbatına uyğun inkişaf planları: 14 iqtisadi zonada təlimlərə start verildi - (Foto)
-
Kolleclərə yeni təyinatlar olub
-
Ayın 24-də 20 dərəcə isti olacaq - Proqnoz
-
Bazarlarda gizli satılan balıq - Qiyməti və ovlanması ilə bağlı açıqlama
XƏBƏR LENTİ
-
Ermənistanın yeni Konstitusiya layihəsi bu tarixədək müzakirə olunacaq
-
Səbail və Yasamal sakinlərinin diqqətinə: Su kəsiləcək
-
“Obitus” filminin möhtəşəm qala gecəsi Park Cinemada baş tutdu (Foto)
-
Rektor vəzifəsindən azad edilən Elçin Babayev həmin vaxt harada idi? - Detallar
-
Sərxan Kərəmoğlu: "Teymur Əmrahı efirə çağırırdım, Xalq artistləri hərəsi bir qapıdan gedirdi”
-
Dünyada qızılca epidemiyası: Yoluxma rekord həddə çatdı
-
Vahid Ələkbərovun ən böyük səhmdarı olduğu şirkətin zavodu vuruldu
-
“İcra nümayəndəsinin bacısı bizi obyektimizdən çıxarmaq istəyir” - (Video)
-
Azərbaycanda iki nəfər çayda batdı - Axtarışlar davam edir
-
"Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu
-
Bölgələrin real tələbatına uyğun inkişaf planları: 14 iqtisadi zonada təlimlərə start verildi - (Foto)
-
Əli Kərimlinin məhkəməsinə Ramiz Mehdiyev çağırıldı - Ailəsi ilə birgə
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Kolleclərə yeni təyinatlar olub
-
Tovuzda avtomobil körpüdən aşdı - Yaralılar var
-
Ayın 24-də 20 dərəcə isti olacaq - Proqnoz
-
Məşhur gürcü qanuni oğru Moskvada saxlanıldı
-
Bazarlarda gizli satılan balıq - Qiyməti və ovlanması ilə bağlı açıqlama
-
Azad edilmiş ərazilərdə 16 tank əleyhinə mina aşkarlandı
-
Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib - (Video/Foto)
-
Əlilliyi olan şəxslərlə bağlı yeni qərar - Tələb ləğv edildi
-
Azərbaycanda yeni orfoqrafiya lüğəti hazırlanır: Hansı sözlərin yazılışı dəyişəcək?
-
Boşanmaların sayına görə ilk sırada hansı rayon gəlir?