Doğuşdan sonra seks: təhlükə, yoxsa həzz?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Doğuş qadın həyatının dönüş nöqtələrindən biridir. Uşaq dünyaya gətirdikdən sonra yaşayacağınız fiziki, mənəvi dəyişikliklər intim həyatınızdan da təsirsiz ötüşməyəcək. Bəs doğuşdan sonra intim həyatda hər şey əvvəl olduğu kimi olacaq, yoxsa..? Milli.Az lent.az-a istinadən bununla bağlı bəzi bilgiləri təqdim edir
İlk həftələrdə seksə qarşı istəksizlik yaşayırsınız?
Doğuşdan sonra seks istəyi müəyyən müddət azala bilər. Bu, əsasən, qadının psixoloji halıyla bağlı olur. Seks istəyi 12-ci həftədən sonra əvvəlki vəziyyətinə dönür. Əslində doğuşun ilk həftələrində müvəqqəti yaranan ağrılar kəsilənə kimi bir-birinizdən uzaq durmağınız daha məsləhətlidir. Əks halda ağrılarınız arta bilər. Belə halda həkim məsləhətilə müəyyən mazlardan istifadə edə bilərsiniz.
Mütəxəssislərin sözlərinə görə, cütlüklər doğuşdan sonrakı 3 ay ərzində ehtiyatlı davranmalı, intim həyatı mümkün qədər az yaşamalıdırlar. Amma aranızda seks olmasa belə, bunu problemə çevirmədən, sadəcə gözləyin. Həyat yoldaşınızla aranızda olan hiss bağlılığını itirməməyə çalışın. Bu, müvəqqəti problemdir. Ona hər şeyi izah edin və inanın, həyat yoldaşınız bunu normal qəbul edəcək.
Döş və seks
Yataqda aktiv pozalardan imtina edin. Əgər körpənizə ana südü verirsinizsə, seksdən əvvəl uşağınızı əmizdirin. Südün axması seksual istəyinizi zəiflədə bilər.
Qorunma
Yeni ana olan xanımlara qorunmaq məsləhət görülür. Çünki yeni ana olmanız hamilə qalmaq ehtimalını azaltmır. Fasiləsiz doğuşun isə orqanizmə böyük ziyanı var. Qeysəriyyə əməliyyatı keçirən qadınlar isə daha diqqətli olmalıdırlar. Normal tikiş yerlərinin bərpa müddəti 7-15 gün arasıdır. Ağır əməliyyatlar keçirən qadınlar isə daha uzun müddət - 3-10 həftə müddətində intim həyatdan imtina etməlidirlər.
Yeni ata olmuş kişilər, diqqətli olun!
Təbii ki, yeni doğulmuş körpəniz sizinlə eyni otaqda yatacaq. Seks zamanı onu başqa otağa keçirə və ya özünüz başqa otağa keçə bilərsiniz. Körpənin oyaq olması məsləhət deyil. Sizə manə ola bilər. Aparılan təcrübələr göstərir ki, doğuşdan sonra cütlüklər arasında cinsi istəyin azalmasının əsas səbəblərindən biri yuxusuzluq problemidir.
İlk günlər bərabərlik yaşaya bilməsəniz də, birlikdə vaxt keçirməyə, xanımıza mənəvi dəstək olmağa çalışın. Körpənin doğumunun əvvəlki intim münasibətlərinizə təsir edəcəyini düşünürsünüzsə, xanımızla bu barədə bölüşün. Çünki o da sizinlə eyni fikirdə ola və bunu dilə gətirməyə utana bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
-
FHN əhaliyə müraciət etdi
-
Prezident İlham Əliyevin Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - VİDEO
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
-
Son 6 ilin statistikası: hər 2 nikaha 1 boşanma?
-
Ötən il neçə qadın insan alverinin qurbanı olub?
XƏBƏR LENTİ
-
Azərbaycan xurma ixracından 32 milyon dollardan çox gəlir əldə edib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
-
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
-
FHN əhaliyə müraciət etdi
-
Avropa Komissiyası "Temu"nu cərimələdi
-
"Yalandan deyir ki, sənin adındır"
-
19 yaşlı gənc suda boğuldu
-
Trampın təsviri olan 250 dollarlıq yeni əskinasın buraxıla bilər - FOTO
-
"Bağda gördüyüm ilanı öpüb tumarladım"
-
Prezident İlham Əliyevin Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - VİDEO
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
-
Alsunun şirkəti bağlandı
-
Cəlilabadda canavar hücumu: 40-a yaxın heyvan tələf oldu
-
Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı
-
Minifutbol millimiz Avropa çempionatına qələbə ilə başladı
-
17 illik evliliyini bitirən aktrisa gənc sevgilisi ilə - FOTOlar
-
Son 6 ilin statistikası: hər 2 nikaha 1 boşanma?
-
Həmin məşhur FOTOnu paylaşdı
-
Süni intellektlə yaradılan videoları belə müəyyən edəcəklər
-
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - VİDEO
-
Bundesliqanın ən bahalı oyunçuları - 150 milyon avro...
-
Peru Konqresi Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə təbrik bəyanatı qəbul edib
-
“Sabah”ın futbolçusu EVLƏNDİ - FOTOlar
-
Ötən il neçə qadın insan alverinin qurbanı olub?





