Cəmiyyət

Hacıqabulda avtobus qəzaya uğradı: 1 ölü, 19 yaralı - YENİLƏNİB

23 Aprel 2011 13:25
Baxış: 511
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daxili İşlər Nazirliyi Hacıqabul rayonunda sərnişin avtobusunun qəzaya uğraması ilə bağlı məlumat yayıb. Milli.Az xəbər portalının nazirliyin internet saytına istinadən yaydığı məlumata görə, hadisə ötən gün saat 09.20 radələrində Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini İsmayıl Əhmədov "Hyundai-Aero City" markalı avtobusu idarə edərkən, onu aşırıb. Nəticədə sərnişin Pakizə Əliyeva hadisə yerində ölüb, xəsarət alan 19 nəfər sərnişin isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

------------
22 aprel
13:15

Qəza nəticəsində 18 nəfər yaralanıb, 1 nəfər ölüb. Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Hadisə bu gün saat 10.00 radələrində Bakı-Qazax yolunun 112-ci kilometrliyində qeydə alınıb. Qəzaya uğrayan Bakı Dərin Özüllər Zavoduna məxsus "Hyundai" markalı avtobus sərnişinləri Goranboy rayonuna yas mərasiminə aparırmış. Qəza nəticəsində ölən sərnişin 1960-cı il təvəllüdlü Bakı şəhər sakini Əliyeva Pakizə Piri qızıdır. Qəzada xəsarət alan yaralılar Şirvan və Hacıqabul rayon xəstəxanalarına çatdırılıb, onlara ilkin yardım göstərilib.

Faktla bağlı BDYPİ-nin istintaq idarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.