Cəmiyyət

Azərbaycanda İordaniya gəncləri günləri keçiriləcək - FOTO

21 Aprel 2011 13:57
Baxış: 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İordaniyada rəsmi səfərdə olan gənclər və idman naziri Azad Rəhimov bu müddət ərzində İordaniya kralı II Abdullahın qardaşı, İordaniya Milli Olimpiya komitəsinin sədri Əmir Feysəl ibn əl-Hüseyn (Kral II Abdullah Qətərdə səfərdə olduğu üçün onun səlahiyyətlərini Əmir icra edir), İordaniyanın baş naziri Maruf Baxit, İordaniyanın gənclər üzrə Ali Şurasının sədri Əhməd əl-Masarva ilə görüşlər keçirib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, gənclər üzrə Ali Şurada keçirilmiş geniş tərkibli görüşdə nümayəndə heyətləri iki ölkə arasında gənclər siyasəti və idman sahələrində iş təcrübəsinin mübadiləsi imkanlarını müzakirə edib, birgə tədbirlərin keçirilməsi barədə razılığa gəliblər. Burada hər iki ölkədə "Gənclər günləri"nin, gənclər siyasəti sahələrinə həsr olunmuş görüş və forumların keçirilməsi, tələbə və gənclər təşkilatlarının təmsilçilərindən ibarət nümayəndə heyətlərinin səfərlərinin təşkil olunması müzakirə edilib.

Görüşlər zamanı hər iki ölkə başçısı arasında mövcud münasibətlərin bütün digər sahələrə təkan verdiyi vurğulanıb və tərəflərin müxtəlif sahələrdə konkret nəticələrə yönəlmiş birgə fəaliyyətinin davam etdirilməsinin vacibliyi qeyd edilib.

Səfər çərçivəsində Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyətinin şərəfinə rəsmi ziyafət də verilib.

Xatırladaq ki, İordaniya ilə Azərbaycan arasında gənclər sahəsində əməkdaşlıq üzrə saziş və tərəflər arasında müvafiq sahələrdə əməkdaşlıq üzrə tədbirlər planı mövcuddur.

Milli.Az





Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.