Cəmiyyət

Kimlərə fasiq deyilir?

2 İyul 2016 19:15
0 Şərh     Baxış: 13 781
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ərəb dilindən tərcümədə fisq - "çıxmaq, sıçramaq" deməkdir. Dini termin olaraq, fisq - böyük günah sayılan əməlləri yerinə yetirmək və ya kiçik günahları ardıcıl təkrar etmək mənasını verir. Çünki bu halda insan Allaha itaətdən çıxmış olur. Fisq anlayışı çox genişdir, günahın bütün növlə-rini və dərəcələrini əhatə edir.

Milli.Az islam.az-a istinadən bildirir ki, Quranda bəzi əməllər fisq olaraq xarakterizə edilib. Məsələn, Allahı unutmaq (Həşr, 19), Allahın ayətlərini inkar etmək (Bəqərə, 99), Allahın adı ilə kəsilməmiş (haram) əti yetmək (Ənam, 121), ticarət əməliyyatlarını qeydə alan katiblərə və şahidlərə zərər yetirmək (Bəqərə, 282), zülm etmək və Allahın buyurduqlarını dəyişdirmək (Bəqərə, 59), yalan danışmaq (Hücərat, 6), ismətli qadınları yalandan zinakarlıqda ittiham etmək (Nur, 4). Quranda insanların çoxunun fasiq olduğu da vurğulanır: "Həqiqətən, insanların çoxu fasiqdir" (Maidə, 49).

Dini ədəbiyyatda fasiq - ardıcıl olaraq aşkarda günah edən şəxslərə deyilir. Fasiqlə mehriban münasibət saxlamaq, günah işlər görməsi üçün ona pul vermək, onunla qohum olmaq bəyənilmir, əksinə, onu bu yoldan döndərmək üçün tənbeh etmək və hətta lazım gələrsə, baykot etmək məsləhət görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.