Cəmiyyət

Azərbaycanda avtomobil körpüsü uçub

15 Aprel 2011 11:48
Baxış: 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu barədə Şirvan rayon İcra Hakimiyyəti başçısının I müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Samit Abıyev ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, körpü 2010-cu ildən bəri qəzalı olub və onun üstündən ağır tonnajlı avtomobillərin keçməsinə icazə verilməyib.

"Körpü ötən ildən qəzalı idi. Ona görə də onun üstündən 10 tondan ağır avtomobilin keçməsi qadağan edilmişdi. Körpü Nəqliyyat Nazirliyinin balansındadır. Dövlət Proqramına əsasən, Hacıqabul-Horadiz yolunun təmiri, Şirvan-Sabirabad yolundakı bu körpünün yenidən qurulması və s. kimi məsələlər proqrama salınıb. Tezliklə körpü yenidən tikiləcək. Hələlik, körpünün uçmuş 2 plitəsi təmir edilir. Hadisə yerində İcra Hakimiyyətinin və FHN-nin əməkdaşları çalışır. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb", - deyə Samit Abıyev bildirib.

Qeyd edək ki, uçan körpü 1963-cü ildə inşa olunub. İnşa olunarkən 10 tonluq ağırlıq üçün nəzərdə tutulub. Lakin düzgün olmayan istismar körpünü 2010-cu ildən qəzalı vəziyyətə salıb.

34 saylı Yol İstismar İdarəsinin rəis müavini Nizami Məmmədov isə APA-ya bildirib ki, Kür çayı üzərindəki körpünün üstündəki dəmir-beton plitələrin uçması nəticəsində yolda avtomobillərin hərəkəti hər iki istiqamətdə dayandırılıb. Uçmuş hissənin bərpası üçün yeni beton plitələr gətirilib. Rəis müavini beton plitələrin bu gün saat 15.00-a qədər quraşdırılıb başa çatdırılmasının nəzərdə tutulduğunu deyib.

Qeyd edək ki, bir müddət əvvəl əraziyə ezam edilmiş mütəxəssislər körpüdən ağır avtomobillərin keçməsinin qadağan edilməsinin vacib olduğunu bildiriblər. Onlar körpünün təhlükəli vəziyyətdə olduğunu, orada istifadə edilən metal konstruksiyalarının da öz ömrünü başa vurduğunu açıqlayıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.