Cəmiyyət

“İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin saytı fəaliyyətə başlayıb

12 Aprel 2011 15:53
Baxış: 1 034
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İdarədən Milli.Az xəbər portalına verilən məlumata görə, www.icherisheher.gov.az saytı turizm ilində İçərişəhərin ölkə xaricində təbliğinə və populyarlaşdırılmasına kömək edəcək. Saytın mütəmadi olaraq yenilənən xəbərlər bölməsində İçərişəhərdə baş verən hadisələr, keçirilən tədbirlər, qoruq ərazisində yerləşən abidələr və onların tarixi haqqında ətraflı məlumatlar yer alıb. Turist marşrutları, İçərişəhərdə fəaliyyət göstərən muzeylər, göstərilən xidmətlər, mehmanxana və restoranlar haqqında məlumatlar isə turistlər üçün bələdçi rolunu oynayır.

Saytda həmçinin İçərişəhərin keçmiş və müasir görüntülərini əks etdirən rəsmlər, fotoşəkillər, açıqcalar və videomateriallardan ibarət guşəyə daxil olmaqla bu qədim məkana virtual səyahət etmək mümkündür.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.