Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən il "Fatimə", "Fidan" və "Nərmin" daha çox dəbdə olub
4 Mart 2010 12:25
Baxış: 467
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Statistika Komitəsindən Milli.Az-a verilən məlumata görə, qadınların 59,4 faizi nəsilvermə qabiliyyətinə malikdir və onların hər biri orta hesabla dünyaya 2 uşaq gətirib.
Ötən il doğulmuş 152,1 min körpənin 46 faizini qızlar təşkil edib. Qız uşaqlarına verilmiş adlar içərisində ən çox "Fatimə" adına təsadüf olunur. Bundan sonra şəhər yerlərində daha çox verilən ad "Fidan", kənd yerlərində isə "Nərmin" olub. Zəhra, Nuray, Nəzrin, Leyla və Aysu da geniş yayılmış adlardandır.
Hazırda ölkədə 31 doğum evi, 321 qadın məsləhətxanası, 592 uşaq poliklinikası və ambulatoriyası, 1735 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Bu gün qadınlar arasında gözlənilən ömür uzunluğu kişilər arasında gözlənilən ömür uzunluğundan 5,2 yaş yüksəkdir və 76,1 yaş təşkil edir.
Ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,7 faiz təşkil edir. Ümumi təhsil müəssisələrində müəllimlərin 74 faizi, orta ixtisas təhsil müəssisələrində 73 faizi, ali təhsil müəssisələrində 47 faizi, həkimlərin 62 faizi qadınlardır. Ümumi təhsil müəssisələri şagirdlərinin 47 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 67 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 46 faizi qızlardır.
Dövlət Statistika Komitəsi tərəfindən keçirilmiş müayinənin nəticələrinə görə, ötən il 25-64 yaşında olan qadınların 84 faizi fasiləsiz təhsildə, o cümlədən 0,2 faizi formal, 14 faizi qeyri-formal, 69,8 faizi informal təhsildə iştirak edib. Elmin inkişafında da qadınların müstəsna rolu var. Hazırda doktorantların 40 faizini, bütün elmi işçilərin isə 50 faizini qadınlar təşkil edir. Son 5 ildə elmlər doktoru dərəcəsi olan qadınların sayı 33 faiz, elmlər namizədi dərəcəsi olan qadınların sayı isə 17 faiz artıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 12-si, akademiklərdən 3-ü qadındır. Milli Məclisdə qadın millət vəkillərinin xüsusi çəkisi də artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə parlamentində qadınların xüsusi çəkisi 11,2 faizdir.
Son bələdiyyə seçkisində bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 4,9 dəfə artaraq 4081 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,2 faiz olub.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gəncə paxlavasının hazırlanma qaydası
-
Qarabağ mətbəxinin qədim yeməyi: Bağır-Beyin
-
Nektarini uzun müddət təzə saxlamağın yolu
-
Kartof qabığını atmayın: Ləkəni kökündən çıxarır
-
Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər
-
Asiyalı qadınlar bu üsulla istənməyən tüklərini azaldır
-
Bu bitki yağı bədəndə iltihabı azaldır
-
Yay salatı üçün yüngül sousun resepti
-
Aşpazların sirri: Pomidor sousunu belə ləzzətli edin
-
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır
-
Paltaryuyan maşındakı bu rejimi hamı səhv başa düşür - Əslində nə üçündür?
-
Cəmi 3 tərkiblə: Mükəmməl tut mürəbbəsi resepti
-
Yayda buzlu su içmək həmişə faydalıdırmı?
-
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
-
Elbrus dağında həlak olan alpinistlərin meyitləri tapılıb
-
Azərbaycan kartofdan milyonlar qazandı
-
"Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif etməyə hazırdır
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Turist ağzında mağazadan 200 min dollarlıq brilyant apardı
-
"Geyimdən çox rahatlığınızı düşünün"
-
Ağstafada ağır qəza: Ölən və xəsarət alan var
-
Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib - (Foto)
-
Ukraynanın Xəzərdə gəmiyə hücumuna cavab veriləcək - Əraqçı
-
“Filenin Sultanları” tarix yazdı