Cəmiyyət

Bakı Beynəlxalq Moda Festivalı başlayır - FOTO

4 Aprel 2011 13:56
Baxış: 1 142
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, www.fashion.az saytının və  moda agentliyinin iştirakı ilə bu gündən Bakıda gənc xanım modelyerlərin Bakı Beynəlxalq Moda Festivalı start götürəcək. Nazirliyin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, aprel ayının 7-ə kimi davam edəcək festivala Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və Ukraynadan ümumilikdə 12 gənc xanım modelyer qatılacaq. Festivalın şərtlərinə əsasən hər bir modelyer 10 geyimdən çox olmayan kolleksiya ilə çıxış etməlidir. Qeyd edək ki,  həmin geyimlərdən biri milli üslubda olmalı və ya milli geyim elementlərini özündə əks etdirməlidir.

Festivalın rəsmi açılışı və moda nümayişi aprelin 6-da saat 20.00-da "Art Garden"- də (İçəri şəhər, Asəf Zeynallı 22) keçiriləcək.

Milli.Az



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.