Rəcəb ayının 13, 14, 15 günləri Əyyami-bəyz günləri hesab edilir. Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu günlərin xüsusi əməlləri vardır.
13-cü günün gecəsinin əməlləri.
Rəcəb, Şəban, Ramazan aylarının 13-cü gününün gecəsində müstəhəbdir ki, iki rükət namaz qılınsın. Hər rükətdə bir dəfə "Həmd" və "Yasin", "Mulk", "Tövhid" surələri oxunar. 14-cü gecədə 4 rükət, yəni yuxarıdakı zikr edilən namazın iki rükət artığı. 15-ci gecədə isə 6 rükət namaz qılınar və yuxarıda zikr edilən namaz kimidir və üç salamı vardır. İmam Sadiq (ə) buyurur: "Hər kim bu əməlləri yerinə yetirərsə, hər üç ayın fəzilətlərini dərk etmiş olar. Şirkdən başqa bütün günahları bağışlanar".
13-cü günün gündüzü
Bu üç gündə oruc tutmağın böyük savabı vardır. Əgər kimsə Ümmü Davudun əməllərini yerinə yetirməyi qəsd edibsə, gərək bu günü oruc tutsun.
Rəcəb ayının 15-ci günün əməlləri.
Rəcəb ayının 15-i gecəsi şərəfli bir gecədir. Bir neçə əməli vardır ki, yerinə yetsək yaxşı olar.
1. Qüsl.
2. O gecəni ibadətlə əhya saxlamaq.
3. İmam Hüseyni (ə) ziyarət etmək. (Yaxından və uzaqdan).
4. 6 rükət namazdır ki, yuxarıda zikr edildi.
5. 30 rükətli namazdır ki, hər rükətində "Həmd" və on dəfə" Tövhid" oxunar. Bu namazı Seyyid Tavus Peyğəmbərdən (s) nəql edir ki, savabı böykdür.
6. 12 rükətli namazdır ki, hər iki rükətindən sonra salam verilir. Hər rükətində "Həmd", "Tövhid", "Fələq", "Nas", "Ayətül-kürsü" - hərəsi 1 dəfə. "Qədr" surəsini 4 dəfə qiraət edilir. Salamdan sonra 4 dəfə deyilir: "Əllahu Əllahu Rabbi lə uşriku bihi şəy'ə, və lə əttəxizu min dunihi vəliyyə". Bundan sonra hər nə hacətin varsa de. Bu namazı Seyyid Tavus İmam Sadiqdən (ə) nəql etmişdir.
Davud ibni Sərhan İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: "Rəcəb ayının 15-də 12 rükətli namaz iqamə edin. Hər birində bir dəfə "Həmd" və bir dəfə də "Tövhid" oxunar. Namazdan sonra isə "Həmd", "Nas", "Fələq", "Tövhid", "Ayətül-kürsü" surələrini 4 dəfə oxuyursan. Ondan sonra isə təcbihati-ərbəə dörd dəfə zikr edilər. Sonda isə bu duanı deyərlər: "Allahu, Allahu, Rəbbi lə uşriku bihi, şəyə və maşaallahu lə qüvvətə, illə billəhil-aliyyil-azim". Bu əməli həmçinin Rəcəb ayının 27-ci gecəsində yerinə yetirmək də tövsiyə edilir.
Ümmi Davud əməli.
Ummi Davud əməli bu günlərin xüsusi əməllərindəndir. Hacətin yerinə yetməsi, qüssə və qəmin aradan getməsi, zalımların zülmünü dəf etmək üçün faydalı əməldir. Hər kim bu əməli yerinə yetirmək istəsə, Rəcəb ayının bu üç gününü oruc tutsun: 13, 14, 15 günlərini. 15-ci günü zöhrə yaxın qüsl alsın. Sonra isə zöhr və əsr namazlarını qılsın. Ruku və səcdələrini gözəl şəkildə yerinə yetirsin. Xəlvət bir yerə çəkilsin. Onu heç bir şey məşğul etməsin. Heç kim onunla söhbət etməsin. Namazını qurtarandan sonra isə üzü qibləyə əyləşib, yüz dəfə"Həmd" surəsini, yüz dəfə "Tövhid" surəsini, on dəfə "Ayətül-kürsünü" qiraət etsin. Ondan sonra isə "Ənam", "Bəni-İsrayil", "Kəhf", "Loğman", "Yasin", "Saffat," "Səcdə", "Şura", "Duxan", "Fəth", "Vaqiə", "Mulk", "İnşiqaq" surəsindən Quranın axırına qədər olan surələri oxuyursan. Bu deyilən surələri oxuyandan sonra isə Ümmi-Davudun duasını qiraət edirsən ki, "Məfatihul-cinan" kitabında mövcuddur. Duadan sonra isə göz yaşı töküb səcdəyə gedir və Allahdan hacətini istəyirsən.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Əyyami-bəyzin əməlləri
22 Aprel 2016 22:20
1 Şərh
Baxış: 3 117

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: real addımlar sabaha saxlanılsın
-
Nişanda qayınananın gəlinə hərəkəti GÜNDƏM OLDU - VİDEO
-
"Xəyanətə görə 25 il türmədə yatmaq istəyirsənsə..." - VİDEO
-
Toyda qayınata gəlini qucağına aldı - TƏNQİD OLUNDU - VİDEO
-
Ərindən ayrılan qadının sevinci gündəm oldu - VİDEO
-
Kirayə ev bazarında qıtlıq və bahalaşma
XƏBƏR LENTİ
-
Toyda qızının rəqsi hicablı ananı özündən belə çıxardı - VİDEO
-
Bermud üçbucağının sirri açıldı - Dəniz canavarları, yadplanetlilər və...
-
Azərbaycanda çaqqallar kəndə hücum etdi: yaralananlar var
-
Meşədə meyiti tapılan tələbənin qətli ilə bağlı yeni təfərrüatlar - FOTOlar
-
Bu 4 bürcü xüsusi bir gün gözləyir: Sürprizlər və aydınlıqlar zamanı
-
DİM bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini keçirəcək
-
Şəhərin mərkəzində açıq-saçıq geynən qıza görə dava düşdü - VİDEO
-
Uşaqlar çimərlikdən qaçır - dənizanası sancmaları artdı - FOTO
-
Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
-
Türkiyə bu tarixlərdə "qovrulacaq" - Azərbaycanda da 55° isti gözlənilirmi?
-
Diş fırçasını islatmaq olmaz – Həkimlərdən xəbərdarlıq
-
Qarabağ Universitetində oxumaq istəyənlərin nəzərinə!
-
Gündə nə qədər çərəz yemək olar?
-
Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi - FOTO
-
Noxud ağciyərlərə inanılmaz FAYDASI
-
Ronaldonun sevgilisi çimərlik geyimi ilə "nəfəs kəsdi", brilliantı isə... - FOTOlar
-
Sağlamlıq üçün nektarin yeyilməlidir
-
Günəş altında yanmamağın ən effektiv yolu
-
Putin niyə Alyaskanı seçdi?
-
Günün qoroskopu: real addımlar sabaha saxlanılsın
-
İlham Əliyev Paşinyandan niyə qələmi götürməsini istədi? - Jestin tarixçəsi
-
Əməliyyatdan çıxanlara nə yemək olar?
-
Çində magistrı yenicə bitirib qayıtmışdı - Qəzada öldü - FOTO
-
Bu məhsulları soyuducuda saxlamaq olmaz