Cəmiyyət

10 aylıq Qorqudun meyidi ailəsinə verildi - YENİLƏNİB

24 Yanvar 2016 12:03
29 Şərh     Baxış: 7 103
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

12:03

"Baş Konsulluğun Təbriz Tibb Universiteti və digər orqanlarla apardığı danışıqlar və xahişi əsasında xəstəxana xərclərində güzəştlər və endirimlər olunub".
 
Bu barədə APA-ya Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğundan bildirib.
 
Baş Konsulluğun məlumatında qeyd olunub ki, uşağın meyidi valideynlərinə verilib, hazırda müvafiq sənədləşmə prosedurlarının yekunlaşdırılması, körpənin cənazəsinin Azərbaycana yola salınması istiqamətində işlər aparılır.
 
Yaxın vaxtlarda cənazə Azərbaycana yola salınacaq.
 

---------

11:15

Təbrizdəki xəstəxanalardan birində vəfat edən Azərbaycan vətəndaşı, 10 aylıq Qorqud Dadaşzadənin meyidi artıq ailəsinə təhvil verilib. Lent.az-ın məlumatına görə,  bu gün səhər saatlarında "Kudəkan" xəstəxanası körpənin meyidini ailəsinə verib. Gün ərzində Q.Dadaşzadənin cəsədinin Azərbaycana gətiriləcəyi gözlənilir. 

Qeyd edək ki, xəstəxana müalicə pulu tam ödənilmədiyi üçün körpənin meyidini ailəsinə təhvil vermirdi. Məsələ ictimailəşdirildikdən sonra Azərbaycandan bəzi imkanlı şəxslər ailəyə maddi yardım edib və onlar xəstəxanaya ödənişi tam həyata keçiriblər.
 
Onu da qeyd edək ki, xəstəxanadan bildiriblər ki, 10 aylıq Q. Dadaşzadənin müalicəsinə 35 milyon tümən (təxminən 16 min manat) xərclənib. Bu məbləğin 21 milyon tüməni (12 min manat) xeyriyyəçi insanlar tərəfindən ödənilib. 10 aylıq Q. Dadaşzadə yanvarın 21-də günorta saatlarında Təbrizin "Kudəkan" xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.