Cəmiyyət

Şaxta Baba və Qar Qız olmaq istəyənlər azdır - VİDEO

31 Dekabr 2015 10:35
21 Şərh     Baxış: 2 680
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il ötən illərlə müqaisədə Şaxta Baba və Qar Qız olmaq istəyənlərin sayı azalıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən bildirdilər ki, əvvəlki illərdə əgər 40-dan çox adam müraciət edirdisə, bu il bu say daha da azalaraq 12 olub.

Şaxta Baba və Qar Qızlarda parklarda olan şam ağaclarının ətrafında dayanmışdılar. Hüseyn Cavid parkında da Şaxta Baba və Qar Qızı görmək mümkün idi.

Balacalar isə şam ağacının, Şaxta Baba və Qar Qızın yanında dayanaraq şəki çəkdirməkdən doymurdular.

Dənizkənarı Milli Park ərazisində də artıq şam ağacları bəzənib, Şaxta Baba və Qar Qızla yanaşı müxtəlif cizgi filimlərinin də personajlarını görmək mümkün idi.

Şaxta Baba və Qar Qız şam ağacının yanınıda dayanaraq həm balacaları əyləndirir, onlarla salamlaşır, həm də şəkil çəkdirirdilər.

Şaxta Baba və Qar Qız isə əvvəlki illərlə müqayisədə bu il bayramın nisbətən zəif keçidiyini dilə gətirdlər.

"Bayramın gözəl keçməsini gözləyirik, məhz buna görə də biz burdayıq. İnşallah bayramımız gözəl keçər".

Buna baxmayaraq Şaxta Baba və Qar Qız şam ağacının yanında dayanaraq bayramı qeyd edənlərin yolunu böyük sevinclə gözləyirdilər.
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şaxta Baba və Qar Qız olmaq istəyənlər azdır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.