Cəmiyyət

Lənkaranlı iş adamını müflisləşdirən dələduz həbs edildi

28 Fevral 2011 15:49
Baxış: 165
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Lənkəranlı iş adamını müflisləşdirən şəxs həbs edildi. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, tutulan şəxs Bəxtiyar Mirzəyevdir. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub və Xətai rayon Polis İdarəsininn cinayət-axtarış şöbəsi əməkdaşları tərəfindən fevralın 27-də tutulub. 

Milli.Az xəbər portalının əldə etdiyi məlumata görə, o, Lənkəranda yaşayan Akim Muradova 3 il əvvəl saxta yolla obyekt satıb. Akim Muradov həmin obyektə görə 185.700 ABŞ dolları və 10.000 manat ödəyib. Sonradan A.Muradova məlum olub ki, həmin obyekti 2006-cı ildə keçmiş sahibi Bəxtiyar Mirzəyev "Unibank"dan aldığı kredit əvəzində girov qoyubmuş.

Bəxtiyar Mirzəyev krediti vaxtlı-vaxtında ödəmədiyinə görə mülk bankın hesabına keçib və bank tərəfindən başqa şəxslərə satılıb. A.Muradov aldadılması ilə bağlı hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət edib. Məhkəmə qərar çıxarıb ki, Akim Muradovun 185.700 dollar və 10 min manat məbləğində pulu ona qaytarılmalıdır. Yuxarı instansiya məhkəmələri də Lənkəran şəhər Məhkəməsinin bu qətnaməsini qüvvəsində saxlayıb. Lakin B.Mirzəyev həmin məbləği qaytarmayıb və məsuliyyətdən yayınıb.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.