Azərbaycanda ilk süni mayalanma 2004-cü ildə gerçəkləşib. Bu prosesin hüquqi bazası 1997-ci ildə qəbul olunmuş "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna əsaslanır. Ailə Planlaşdırması Mərkəzinin həkim-ginekoloqu, süni mayalanma üzrə mütəxəssis Sevinc Sevdimalıyeva qanunda boşluqların olduğunu deyir: "Qanunda müəyyən boşluqlar var. Bu boşluqlar donor məsələləri ilə bağlıdır. Donorlardan istifadənin mümkünlüyü qanunda öz əksini tapıb. Amma kimlər donor ola bilər? Donorlar hansı müayinədən keçməlidirlər? Bu qanunda göstərilməyib. Qanunda boşluqlar varsa, demək ki, bu boşluqlardan istifadə edənlər də var".
Süni mayalanma lazımdırmı?
Mütəxəssis Sevinc Sevdimalıyeva deyir ki, son dörd ildə süni mayalanmaya görə müraciət edənlərin sayı əlli-altmış faiz artıb. Bu xidmətə daha çox otuz-qırx yaş arasında olan vətəndaşlar müraciət edirlər. "Bizə irsi xəstəliklərdən əziyyət çəkən insanlar da üz tuturlar. Heç bir müayinə və müalicə o xəstəliklərin qarşısının alınmasına kömək eləmir. Ailəyə izah edirik ki, irsi xəstəliklərin qarşısını almağın yeganə yolu donordan istifadə etməkdir. Donor spermatozoidindən və yumurtahüceyrədən o zaman istifadə olunur ki, cütlüyün hər hansısa birində bu hüceyrə olmur. Bu zaman cütlük yazılı şəkildə razılığını bildirir".
S.Sevdimalıyeva qanunvericliyin donor məsləsini tam əhatə etməməsi səbəbindən hər bir klinikanın bu məsləni öz qaydaları ilə icra etdiyini deyir. "Bizim müxtəlif klinkalarla əlaqələrimiz var. Ailə Planlaşdırması Mərkəzi dünya klinikalarının qayda-qanunlarından yararlanır. Dünya standartlarında donorun istifadə qaydası var. İstənilən şəxs donor ola bilməz."
Mütəxəssis donor olmağın şərtlərini açıqlayır
Mütəxəssis Ailə Planlaşdırması Mərkəzində donor olmaq istəyən şəxslərə qoyulan tələbləri açıqlayır: "Donor evli şəxslər olmalıdır. Həyat yoldaşının donor olmaq məqsədi ilə istifadə olunması mütləq razılıq şəklində qeyd olunmalıdır. Razılıq yazılı şəkildə təqdim olunur. Övladı olan şəxs donor ola bilər. Ən azı iki övladı olmalıdır. Bu həm kişi, həm də qadın donorlara aiddir. Donorlar müəyyən yaş qrupundan seçilir. Bizdə yalnız iyirmi iki- otuz iki yaş arasında olan qadın və kişilər donor məqsədi ilə istifadə olunur. Donorlar mütləq müayinələrdən keçir. Müxtəlif analizlər və psixoloji müayinələr də buraya daxildir. Donor Hepatit B,C, AİDS, sifilis və digər başqa infeksiyalara qarşı yoxlamadan keçir".
Mərkəz donorları klinikaya cəlb etmək üçün heç bir reklam aparmır. Donorlar təsadüfi şəxslər olur. "Onlar kimlərdənsə eşidirlər, müraciət edirlər. Biz müraciət edənlər arasından bu meyarlara uyğun gələnini seçirik. Donorlara xidmətlərinə görə məvacib ödənilir".
Sevinc Sevdimalıyevanın sözlərinə görə, klinikaya müraciət edən vətəndaşların və donorların məxfiliyi qorunur. "Onlar bir-birilərini tanımırlar. Hansı donorun hansı vətəndaşa donorluq edəcəyi haqqında heç bir informasiya verilmir. Donorun və vətəndaşın məxfiliyi mütləq şərtdir".
Bir donordan neçə dəfə istifadə oluna bilər?
Bir donordan yalnız iki dəfə istifadə olunduğunu vurğulayan S.Sevdimalıyeva beynəlxalq təcrübədə bu prinsipin qəbul edildiyini deyir. "Donorların kartotekası var. Bütün dünyada da belə qəbul olunub ki, bir donordan iki dəfə istifadə oluna bilər".
Süni mayalanmaya razılıq verən cütlüklə klinika arasında hüquqşünasın iştirakı ilə müqavilə bağlanılır. Müqavilədə nəzərdə tutulan bəndləri və həkimlə xəstə arasında məsuliyyət paylaşmasını S.Sevdimalıyeva açıqlayır: "Bu müqavilədə əməliyyatların fəsadları və süni mayalanmanın yüz faizlik bir prosedur olmadığı yazılır. Süni mayalanmanın əlli-altmış faiz alınma şansı var. Bundan artıq zəmanət verilmir. Hələ bu şişirdilmiş faizlərdir. Real statistik rəqəmlər qırx faizdən artıq deyil.
Hər bir xəstəyə xəstəlik tarixçəsi açılır. Həkimin qeyri-peşəkar yardımından söhbət getmirsə, süni mayalanma alınmadığı zaman həkim heç bir məsuliyyət daşımır".
Baş həkim şərtləri açıqlayır
AVA Skandinaviya Klinikasının baş həkimi, süni mayalanma üzrə mütəxəssis Heli Efendi Finlandiyada donor hüceyrələrindən istifadə qaydalarının Azərbaycandan fərqli olduğunu deyir: "Finlandiyada donor hüceyrələrindən istifadə edəcək cütlüklər əvvəlcə psixoloqla görüşürlər. Donor hüceyrələrindən istifadə etmiş ailələrdə hansı məqamlar ola bilər, bunlar aydınlaşdırılır. Təəssüf ki, bizdə belə deyil. Mən şəxsən bu tip cütlüklərlə danışıram. Onlar buna hazırdırlarmı? Razıdırlarmı? Onlar anlayırlarmı? və s. suallar verirəm. Burada donor hüceyrədən və ya donor spermatozoiddən istifadə olunduğunu cütlük mütləq şəkildə bilməlidir".
Heli Efendi klinkada yalnız ər və xanımın qəbul edildiyini deyir. "Yalnız cütlüyün qəbul edilməsi vacibdir, çünki çox adam bildikdə problem olma ehtimalı var. Ola bilər ki, bu gün həmin cütlük düşünsün ki, ya qayınana bilsin, ya da kimsə, lakin zaman keçir və insanlar dəyişir. Biz bu məsələnin problemə çevrilmə riskini minimallaşdırırıq".
Donor vasitəsilə mayalanmanın daha effektivdir
Süni mayalanma üzrə mütəxəssis H.Efendi donor vasitəsilə mayalanmanın daha effektiv olduğunu bildirir. Onun sözlərinə görə bu zaman yüz faizə yaxın nəticə alınır. "Donor yumurtahüceyrələri ilə nəticələr, bizdə və ümumiyyətlə dünyada çox yaxşı olur. Yumurtahüceyrələr sağlam olur və bizdə adətən yaxşı embrionlar alınır. Məsələn, sonsuz cütlüklərdə süni mayalanmanın alınma ehtimalı əlli faizdir, donor yumurtahüceyrələri olduqda isə, bizim klinikada ehtimal altmış-yetmiş faizə qədər artır. Donor yumurtahüceyrələrindən çoxlu sayda embrion alınır. Biz onları dondururuq, əgər birinci dəfə nəticə əldə edə bilməsək, ikinci dəfə dondurulmadan açılmış embrionlardan hamiləlik üçün isifadə edə bilirik. Donor yumurta hüceyrələrində yüz faizə yaxın nəticə alınır".
Heli Efendi beynəlxalq qanunlara görə, əhalinin sayına uyğun olaraq bir şəxsin bir neçə dəfə donorluq edə biləcəyini deyir. Konkret rəqəm isə əhalinin sayına görə hesablanır və klinikalarda statistika aparılır.
/"Bizim Yol"/
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Dondurulmuş donor problemi
12 Fevral 2011 10:47
Baxış: 9 950

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Duyğular dərinləşəcək
-
Bəzi ərazilərdə qaz olmayacaq - yenilənib
-
150 illik İNKİŞAF YOLU - Azərbaycan mətbuatının dünəni və bu günü
-
Günün qoroskopu: Ətrafınızda sizi inkişaf etdirəcək bir fikir doğa bilər
-
Rauf Hacıyevin Əbdülmənaf Hacıyev haqqında yazdığı “Baba ocağının işığı” kitabının təqdimat mərasimi keçirilib - FOTO
-
Ümidim var idi ki, sağ-salamat qayıdacaq... - Nəşi tapılan şəhidin həyat yoldaşı
XƏBƏR LENTİ
-
Mbappe ilə bağlı araşdırmalar aparılır
-
Səxavət Məmmədovun nəvəsi illər sonra - VİDEO
-
Bu vitaminlərə görə iydə yeyin
-
Yay kafeləri sağlamlıq üçün təhlükəlidir - bu qidalardan xüsusilə uzaq durmalısınız
-
Zebra əslində hansı rəngdədir: Qara-ağ, yoxsa ağ-qara?
-
Baş beynin "susuzluq siqnalı" erkən insult riskini göstərə bilər
-
Zəif saçları gücləndirən 3 ev maskası
-
“Sabah” UEFA Avropa Liqasında mübarizəni dayandırdı
-
Məşhur türkiyəli aktyor vəfat etdi - FOTO
-
Ukraynanın ABŞ-dəki səfiri o ola bilər
-
Azərbaycanlı reper həbs edildi
-
Kıvanç Tatlıtuğ necə kəşf edildi? - Əsl peşəsi şok edir
-
Günün qoroskopu: Duyğular dərinləşəcək
-
Azərbaycanlı futbolçu faciəvi şəkildə öldü - FOTO
-
Yamal Messi ilə məşhur şəkli barədə ilk dəfə danışdı
-
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
-
Şmıqal Ukraynanın müdafiə naziri təyin edilib
-
Tramp "Coca-Cola"nın tərkibini dəyişdirir: Görün nə əlavə etdirir
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Qurbanqulu Berdiməhəmmədovla görüşündən görüntülər paylaşılıb - VİDEO
-
"Artıq bacılarım evimə gəlmirlər"
-
Daha bir serial yayımdan qaldırıldı - FOTO
-
Ucarda ağır qəza: 4 nəfər yaralandı
-
Ərdoğan: Suriyanın bölünməsinə icazə verməyəcəyik
-
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər - FOTO