Cəmiyyət

Azərbaycanda birayaqlı buzov doğulub - VİDEO

25 Avqust 2015 19:25
9 Şərh     Baxış: 4 435
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yevlax rayonunun Qaramanlı kəndində Süleyman Salmanovun təsərrüfatında anormal doğulan buzov qayğı ilə bəslənir. Onlar deyirlər ki, altı ay əvvəl bəslədikləri inək əkiz buzovlar doğub. Onlardan biri normal olub. 
Digərinin iki arxa və bir qabaq ayağı  inkişaf etməyib. Milli.Az El TV-yə ( Region Tv) istinadən xəbər verir ki, buzov indi də südlə qidalanır.
Baytar həkimlər bildirirlər ki, bu hal buzovun ana bətnində inkişafı dövründə baş verən genetik pozğunluqla əlaqədardır. Təsərrüfat sahibləri isə çətin də olsa, buzovu böyütmək niyyətindədirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.