Cəmiyyət

Bakı Ali Neft Məktəbi keçid balı üzrə rekordunu təzələdi

14 Avqust 2015 10:45
Baxış: 6 337
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəşr etdiyi "Abituriyent" jurnalının 7-ci sayında 2015/2016-cı tədris  ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə  həm ödənişli əsaslarla, həm də dövlət sifarişi əsasında aparılan plan yerləri üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları haqqında məlumat təqdim olunub.

Milli.Az-a BANM-dən daxil olan məlumata əsasən, ali məktəblərə I ixtisas qrupu qəbul üzrə ən yüksək minimal keçid balları Bakı Ali Neft Məktəbində (BANM) qeyd olunub. Belə ki, BANM-in "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə minimal keçid balı 673 baldan 679 bala, "Neft-qaz mühəndisliyi "ixtisası üzrə - 660 baldan 667 bala, "Kimya mühəndisliyi" ixtisası üzrə -  648 baldan 659 bala yüksəlib. 
Bu nəticələrə görə, BANM minimal keçid balı üzrə rekordunu təzələyib. Azərbaycanın ali təhsil tarixində I ixtisas qrupu üzrə ən yüksək keçid balı bu dəfə də BANM-in "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasına qəbul zamanı 679 bal göstəricisi ilə qeydə alınıb. 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.