Cəmiyyət

Azərbaycanda yol keçərkən telefonla danışan, musiqi dinləyən piyadalar cəzalandırıla bilər

31 Yanvar 2011 16:17
Baxış: 222
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, piyadalar tərəfindən mobil telefonla danışmaq və musiqiyə qulaq asmaq səbəbindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması halları geniş yayılıb. O deyib ki, piyadaların yolu keçərkən SMS yazması, telefonla danışması və musiqi dinləməsi faciəli sonluqla nəticələnir: "Piyadalar belə vəziyyətdə yolu keçərkən avtomobillərə diqqət yetirmir, işıqforun, digər yol hərəkəti nişanlarının tələblərini yerinə yetirmir və qəza şəraiti yaradırlar. Bunun qarşısını almaq üçün xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da bu pozuntuların inzibati xəta kimi qanunvericiliyə daxil edilməsi və bu pozuntuya görə, piyadaların cərimələnməsi zərurəti yaranıb".

Şöbə rəisi gələcəkdə bununla bağlı qanunvericiliyə dəyişikliyi labüd sayır və hesab edir ki, müvafiq dəyişikliklər edilə bilər.

Qeyd edək ki, ötən il Bakıda piyadaların vurulması ilə bağlı 519 yol qəzası qeydə alınıb. Nəticədə 140 nəfər ölüb, 437 nəfər yaralanıb. 9959 piyada isə yol hərəkəti qaydalarını pozduğu üçün cəzalandırılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.