Cəmiyyət

Nazir müavini: “Polis əməkdaşları vətəndaşlarla münasibətlərinə diqqət yetirməlidir”

27 Yanvar 2011 11:19
Baxış: 221
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
APA-nın məlumatına görə, bunu daxili işlər nazirinin müavini Əsgər Ələkbərov deyib. Nazir müavini həmin polis əməkdaşlarının bundan sonra etik davranış qaydalarına riayət edəcəklərinə ümid etdiyini bildirib: "Polis əməkdaşları vətəndaşlarla münasibətlərinə diqqət yetirməlidirlər ki, bu barədə şikayətlərin sayı da azalsın".

Daxili İşlər Nazirliyində (DİN) aparılan kadr islahatlarına toxunan nazir müavini bildirib ki, digər dövlət orqanlarında olduğu kimi, DİN sistemində də bu istiqamətdə ciddi işlər görülür: "Bu gün Azərbaycan polisinin fəaliyyəti 15-20 il əvvəlkindən çox fərqlənir. Daxili İşlər Nazirliyində aparılan islahatların nəticəsidir ki, polis əməkdaşları peşə fəaliyyətində müasir texnologiyalarla bağlı yeniliklərə yiyələnirlər. Bundan başqa, kadrların xidmət tərkibi yaxşılaşır. Əvvəllər polis nəfərləri rayon-şəhər polis şöbələrinin rəisləri tərəfindən işə qəbul edilirdisə, bu gün bu proses birbaşa nazirlik tərəfindən tənzimlənir. Eyni zamanda deyə bilərəm ki, əvvəllər polis nəfərləri orta təhsilli şəxslərdən ibarət idisə, bu gün biz artıq ali təhsilli şəxsləri işə qəbul edirik".

Əsgər Ələkbərov qonşu Gürcüstanda polisin "şerif" adlandırılmasına münasibət bildirərkən qeyd edib ki, Azərbaycan polisi bu gün dünya ölkələrinin xidmət üsullarına daim diqqət yetirir və həmin ölkələrin təcrübəsindən faydalanmağa çalışır: "Lakin mən indiki mərhələdə Azərbaycan polisinin də "şerif" xidməti formasına keçəcəyi barədə bir şey deyə bilmərəm. Hazırda bizim bir çox rayonlarımızda ictimai dəstəkli polis fəaliyyətə başlayıb. Deyə bilərəm ki, həmin ictimai polis bir növ elə "şerif" xidməti səlahiyyətlərinə malikdir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.