Cəmiyyət

Bakı hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib

25 Yanvar 2011 16:08
Baxış: 200
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu barədə Trend-ə AZAL-ın ("Azərbaycan hava yolları" QSC) mətbuat xidmətindən xəbər verilib. "Moskvanın "Domodedovo" hava limanında baş vermiş hadisələrlə əlaqədar Bakı aeroportunda gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq olunub", - AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib. Onun sözlərinə görə, hava limanında bütün sərnişinlərin əsaslı şəkildə yoxlanması, baqaj və əl çantalarına indiyədək baxış olsa da, bu iş daha da gücləndirilib. Aeroportun ərazisinin, vağzalyanı meydanın sistemli yoxlanışı aparılır, hava limanına daxil olan və çıxan sərnişinlər üzərində nəzarət gücləndirilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.