Paytaxtın ən qədim turist məkanından FOTOREPORTAJ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bakı qədim və gözəl şəhərdir. Burada tarix İçərişəhərin hər küçəsində yaşayır. Mən ilk dəfə Qız Qalasında oldum. Deyim ki, bu abidəyə heyran qalmışam. Siz onu qoruyub indiyə qədər yaşada bilmisiniz"
Bu, Bakıya ilk səfərini edən alman tarixçi Lüdviq Anderasın paytaxtımız haqqında publika.az-a dediyi sözlərdir. Azərbaycana ilk dəfə səfər edən turisti ən çox cəlb edən həm də şəhərimizin mehriban və qonaqpərvər insanlarıdır. Çoxdandır yolum düşməyən İçərişəhərdə ilk qarşılaşdığım əcnəbi turistdən şəhərimiz haqqında bu sözləri eşitmək, təbii ki, çox xoş oldu. Elə həmin təəssüratla da Qoşa Qala qapısından içəri daxil oldum. Bu dəfə xəbər hazırlamaq üçün getdiyimdən şəhərin tarixi, dar küçələrini daha diqqətlə seyr etmək imkanım oldu.
İçərişəhər Bakının ən qədim və ən çox turist axını olan məntəqəsidir. Elə addımbaşı da heyranlıqla paytaxtımızı seyr edən əcnəbi turistlərlə qarşılaşdım. Ölkəmizin ev sahibliyi etdiyi "Bakı-2015" ilk Avropa Oyunları zamanı Azərbaycana gələn xarici turistlərin üz tutacağı əsas məkanlardan biri də yəqin ki, qədim İçərişəhər olacaq. Artıq İçərişəhərdə onun tarixi ilə tanış olmaq üçün 4 məlumat məntəqəsi yaradılıb. Bu məntəqələrdə turistlərə bir çox xidmətlər , o cümlədən, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin audiobələdçi xidmətidir. Audiobələdçilər vasitəsilə İçərişəhər haqqında Azərbaycan, rus, ingilis, fransız və alman dillərində məlumat əldə etmək mümkündür.
Əcnəbi qonaqların asudə vaxtının səmərəli təşkili üçün İçərişəhərdə həyata keçirilən layihələrdən biri də elektromobillər vasitəsilə turların təşkilidir. Elektromobillərdən istifadə etməklə turistlər qədim şəhəri çox asanlıqla gəzə və məlumat əldə edə bilərlər.
Xarici qonaqlara yardımçı olmaq üçün birinci Avropa Oyunları zamanı İçərişəhərdə könüllülər də fəaliyyət göstərəcək. Xüsusi geyimlərdə olan könüllülər qonaqların daha çox olduğu yerlərdə dayanır, turistlərə, eləcə də yerli sakinlərə lazımi yardım göstərir, istiqamətləndirir, həmçinin İçərişəhər və burada təşkil olunan müxtəlif festival və tədbirlərlə bağlı sualları cavablandırır.
Şəhəri gəzməyə çıxmış rusiyalı Svetlana İvanova isə fotoqrafdır. Şəhərimiz o qədər xoşuna gəlib ki, indiyə kimi Azərbaycanda olmadığına görə heyifsiləndiyini deyir: "Bakı möhtəşəmdir. Çox heyf ki, buranı gec tanımışam. Bakılı xanımlar da çox gözəldirlər. Biz burada xeyli fotosessiya etdik. Burada ilk Avropa Oyunları keçiriləcək. Bu sizin üçün bir şansdır. Mən oyunlar vaxtı da buraya gəlməyi planlaşdırıram. Sizin millətin qonaqpərvərliyinə heyran oldum".
İçərişəhərdə ən çox diqqətimi cəlb edənlərdən biri də tariximizi özündə əks etdirən əşyalar satılan köşklər oldu. Burada Avropa Oyunları atributu olan nardan tutmuş, üzərində Avropa Oyunlarının loqosu əks olunmuş stəkan-boşqab dəstinə qədər hər şey var idi. İstənilən turist paytaxtımızdan özü ilə kiçik bir xatirə - suvenir alaraq geri qayıda bilər.
I Avropa Oyunları ərəfəsində qoruq ərazisində müxtəlif tədbirlərin də keçiriləcəyi planlaşdırılır. Bunlardan biri də ənənəvi Qız Qalası Beynəlxalq incəsənət festivalıdır. Bu il festival 6-cı dəfə təşkil olunacaq. Qeyd edək ki, ötən illər ərzindən bu festivalda 60-dan çox ölkədən yüzdən artıq rəssam iştirak edib. Bu il festivalın tarixi Avropa Oyunlarının keçiriləcəyi tarixə uyğunlaşdırılaraq iyunun 11-dən 14-dək keçiriləcək.
Qoruq ərazisində turistlər üçün müxtəlif turlar da təklif olunacaq. Bunlar vasitəsilə şəhərimizin qonaqları "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin muzey ekspozisiyaları ilə tanış ola biləcəklər. Qız qalası, Şirvanşahlar Sarayı Kompleksləri, Sıratağlı dini-memarlıq kompleksi, Tahir Salahovun ev muzeyi və Numizmatika ekspozisiyalarının fəaliyyət saatları artırılacaq. Belə ki, sözügedən ekspozisiyalarda iş saatları iyun ayının 1-dən 30-dək saat 10:00-dan 21:00-dək davam edəcək.
Mən İçərişəhərdən xoş təəssüratlarla ayrıldım. Bura doğurdan da, Bakının ürəyidir. İstər əcnəbi turistin gözü ilə bax, istərsə də, yerli vətəndaşın gözü ilə.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.















DİGƏR XƏBƏRLƏR
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq
-
Qışda avtomobilinizi bu 10 təhlükədən qoruyun
XƏBƏR LENTİ
-
Samuxda minik maşını aşıb, xəsarət alanlar var
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq
-
Qışda avtomobilinizi bu 10 təhlükədən qoruyun
-
Polşa Azərbaycanı Avrasiya logistikasında əsas tərəfdaş kimi tanıdı
-
Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir?





