Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Göstəriş: "Ancaq kartı olanlarla işləyin"
6 May 2015 10:48
Baxış: 3 256
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda Avropa Oyunlarının keçiriləcəyi müddət ərzində gələn qonaqların turist bələdçiləri ilə təminatında heç bir problem yaranmayacaq.
Bunu Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, bələdçilərlə işi turizm şirkətləri özləri qururlar, nazirlik bu işə müdaxilə etmir: "Azərbaycanda daxili turizmlə məşğul olan şirkətlər turist bələdçiləri baxımından Avropa Oyunlarına hazırdırlar".
V.Şıxməmmədov qeyd edib ki, Avropa Oyunlarına gələn qonaqlara xidmət göstərmək üçün Bakı şəhərində kifayət qədər bələdçi var.
O, nazirliyin yalnız bu Oyunların keçiriləcəyi müddət üçün deyil, hər zaman turizm şirkətlərinə bələdçi kartları olan bələdçilərlə əməkdaşlıq etməyi tövsiyə etdiyini də söyləyib: "Bələdçilər Azərbaycan Turizm və Menecment Universitetindəki bələdçi kurslarında iştirak edərək bələdçi kartları əldə edirlər. İstənilən halda Azərbaycan Turizm və Menecment Universitetinin akkreditasiyasından keçərək kart əldə edən bələdçilərin fəaliyyət göstərməsi bizim üçün prioritetdir. Kartın olması bələdçinin fəaliyyəti üçün artıq bir icazədir. Təbii ki, bütün turizm şirkətlərinə - bunun Oyunlara aidiyyəti yoxdur - bələdçi kartları olan bələdçilərlə əməkdaşlıq etmək tövsiyə olunur".
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov isə Trend-ə bildirib ki, Avropa Oyunlarına peşəkar bələdçilərlə yanaşı, universitetin tələbələri də könüllülər qismində qoşulacaqlar: "Artıq ATMU-nun 500-ə yaxın tələbəsi könüllü kimi qeydiyyatdan keçib. Universitet bütün potensialı ilə bu işə qoşulub. Ötən müddət ərzində kurslarda bacardığımız qədər bələdçi kadrları yetişdirmişik".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq
-
Qışda avtomobilinizi bu 10 təhlükədən qoruyun
XƏBƏR LENTİ
-
Samuxda minik maşını aşıb, xəsarət alanlar var
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq
-
Qışda avtomobilinizi bu 10 təhlükədən qoruyun
-
Polşa Azərbaycanı Avrasiya logistikasında əsas tərəfdaş kimi tanıdı
-
Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir?