Cəmiyyət

Bakıda bir sıra marşrut xətlərində avtobusların hərəkəti dayandırıldı - SİYAHI

4 May 2015 12:33
0 Şərh     Baxış: 2 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

I Avropa Oyunları ilə bağlı bir sıra marşrut xətlərində avtobusların hərəkəti dayandırılıb

Bu barədə movqe.az-a "Bakısərnişinnəqliyyatı" MMC-nin Dispetçer Xidmətindən məlumat verilib.

Hərəkəti dayandırılan 14, 32, 25, 90, 53,188 saylı xətlərdə hərəkət edən avtobuslardır.

194 saylı marşrut xətti isə I Avropa Oyunları ilə əlaqədar qısaldılıb.

"Bakısərnişinnəqliyyatı" MMC-nin Dispetçer Xidmətindən bildiriblər ki, 14 saylı marşrut xəttində avtobusların hərəkəti bu gündən dayandırılıb.

"Bakısərnişinnəqliyyatı" MMC-nin Nəzarət Xidmətindən bildiriblər ki, 14 saylı xətt ləğv olunsa da, 24 saylı avtobusun xəti Çermetədək, 14 saylı avtobusun son dayanacağınadək uzadılıb. Digər xətlərdə isə avtobusun şəhərin mərkəzinə girişi dayandırılıb. Onların hər biri üzrə alternativ xətlərdən istifadə imkanı var.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.